Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qoz maskası ilə dərinizi yeniləyin

Dərimiz gün ərzində çox saylı zərərli təsirlərə məruz qalır. Günəş şüaları, çikli hava, zərərli kosmetika vasitələri, düzgün qidalanmama və stress dərininin parlaqlığının itməsinə səbəb olur. Bu da dəridə erkən yaşda qocalıq əlamətlərinin müşahidə olunmasına gətirib çıxarır.

Ona görə də vaxtında lazımlı tədbirləri görmək və dəriyə qulluq eləmək vacibdir.

Dərinin gözəlliyini qorumaqda maskaların rolu əvəzolunmazdır. Xüsusilə də təbii qidalar və yağlardan hazırlanan maskalar dəriyə mükəmməl təsir edir.

Bu gün sizə dərinizin gözəlliyini qoruyan qoz maskasını təqdim edəcəyik.

Bu maska dərini yeniləyir və canlandırır. Qozun tərkibində olan antioksidant maddələr hüceyrələrin yenilənməsinə kömək edir. Maskada istifadə olunan süd dərini qidalandırır. Maskanın tərkibindəki bal sızanaqların sağalmasına kömək edir.

Bəs qoz maskası necə hazırlanır?

Lazım olan ərzaqlar:

4 ədəd qoz
4 çay qaşığı süd
1 çay qaşığı bal
1 çay qaşığı portağal suyu

Hazırlanması:

Qozu üyüdün və bir kasaya tökün. Daha sonra portağal suyu, südü və balı əlavə edib taxta qaşıqla qarışdırın. Əldə olunan qarışımı üzünüzə və boynunuza çəkib masajla dəriyə yedirin. 10 dəqiqə saxladıqdan sonra üzünüzü ilıq su ilə yuyun. Bu maskanı həftədə bir dəfə istifadə etməyiniz məsləhətdir.


Tarix: 24.11.2014 / 17:55 Müəllif: Aziza Baxılıb: 66 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...