Gözəlliyin ən əhəmiyyətli və ayrılmaz hissəsi saçlardır. Necə deyərlər saç insanı vəzir də edər, rəzil də. Həqiqətən gözəl saçların insana bəxş etdiyi gözəlliyi heç bir kosmetik vasitə ilə əvəzləmək olmaz.
Ancaq bəzən gözəlləşmək üçün etdiklərimiz saçlarımızın sağlamlığına zərər verir. Uzun və sağlam saçlara qovuşmaq istəyirsinizsə, yazımızı mütləq oxuyun.
1. Quru saçı fırça daraq ilə daramaq olmaz. Saçın elastikliyi nəm olan zaman artır. Ona görə də saçı nəm olarkən formaya salmaq lazımdır. Ən böyük nəm qaynağı isə sudur. Lakin saçları çox tez-tez yumaq da məsləhət deyil.
2. Fen saçları korlayır. Belə isti cihazlardan həftədə 2-3 dəfə istifadə etdikdə saçda qırılmalar artır, nəmlik və elastiklik itir. Ona görə də ya saçları təbii üsullarla buruq edin ya da xəfif dalğalı saçlara üstünlük verin.
3. Saçların 6-8 ay düz qalmasını təmin edən keratinli proseduralar da var ki, bunlar saça çox ziyan vurur. Belə proseslər zamanı peşəkarlara müraciət etmək və ildə bir dəfədən çox etməmək məsləhət görülür.
4.Saçı daramaya ucundan başlayın. Bu saçların qırılmasının qarşısını alır.
5. Qara saçları saraltmaq onları gücsüzləşdirir və qırıqların artmasına səbəb olur. Kəskin rəng dəyişimi etdirmək saç sağlamlığı üçün çox zərərlidir.
Güclü, saçı korlayan kimyəvi maddələrdən istifadə məsləhət görülmür. Yaxşı olar ki, saçın öz tonuna yaxın rənglər seçəsiniz. Əldə etmək istədiyiniz çox açıq rəng varsa tədricən o tona doğru gedin. Həmçinin unutmayın ki, boyalı saç daha çox baxım tələb edir. Boyalı saçlara uyğun saç vasitədən istifadə edin.
6. Saçlara doğru qulluq etsəniz, onsuz da tezliklə uzanacaq. Ona görə də qaynaq etdirmək fikrini ağlınıza belə gətirməyin. Uzun müddətli qaynaqlar saçlara qalıcı zərər verir.
7. Saçı tez-tez toplamaq və toppuz yığmaq baş dərisində qan dövranına mane olur və bu da saçların tökülməsinə, həmçinin qırıqların çoxalmasına səbəb olur.
Saça zərər verən 7 yanlış addımı açıqladıq. Bunlardan uzaq olaraq saçları qoruya və gur, parlaq saçlara qovuşa bilərsiniz.
Tarix: 24.11.2014 / 17:31 Müəllif: Aziza Baxılıb: 83 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri