Saçlarınız gec uzanırsa və bu, sizi narahat edirsə, müxtəlif üsullara əl atmaqla tez bir zamanda onların daha gözəl görünüş almasına nail ola bilərsiniz.
Saçlara təsir edən amillər içərisində qeyri-kafi bəslənmə, havanın natəmizliyi və s. ola bilər. Bütün bu faktorların qarşısını almaq üçün aşağıdakı məsləhətlərə əməl etməlisiniz:
1. Sağlam qidalanın və stressdən uzaq durun.
2. Fenlərdən bir müddət uzaq durmağa çalışın.
3. 2 aydan bir saçlarınızın uclarını kəsdirin
4. Bol su içmək bədənimizə olduğu qədər saçımıza da xeyirdir.
Saçınızın uzanması üçün çoxlu su içməli, meyvə-tərəvəz yeməli, balığa xüsusilə üstünlük verməlisiniz. Bütün bunlarla yanaşı, saçlarınızın sürətlə uzanmasını təmin edəcək maskadan da yararlana bilərsiniz:
- 1 qəhvə fincanı zeytunyağı
- 1 çay qaşığı cəfəri toxumu yağı
- 1 çay qaşığı gicitkən toxumu yağı
- 1 çay qaşığı kətan toxumu yağı
- 1 çay qaşığı çörəkotu yağı
Hazırlanması:
Bütün vəsaitlər qarışdırılır, daha sonra isti su dolu bir qabın üzərinə bu qarışığın olduğu qab qoyulur və qızdırılır. Alınan qarışığı saçların diblərinə yaxşıca yeridib, saçınızı bağlayın. 3-8 saata yaxın gözlədikdən sonra saç tipinə uyğun şampunla yuyun.
Həftədə bir dəfə bu maskadan istifadə etsəniz, saçlarınızın sürətlə uzandığını görəcəksiniz.
Tarix: 24.11.2014 / 17:13 Müəllif: Aziza Baxılıb: 42 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri