Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aldım bir dənə evə gəldim iki dənə

Göz qələmi
Açıq qəhvərəngi bir göz qələmiylə qaşlarınızdakı boşluqları doldura bilərsiniz. pambıqlı çubuqla rəngi paylayaraq yedirməyi unutmamaq şərtiylə...Qəhvərəngli göz qələmi qaşlarınız qara olsa belə təbii bir kölgə təmin edər.
Ayrıca eyni üsulla qələmdən özünüzə göz kölgəsi də edə bilərsiniz. Göz kənarlarınıza tünd, üst qisimə açıq olacaq şəkildə paylayaraq anında eyni təsiri yarada bilərsiniz.
Bağlayıcı
Xüsusilə yaz makiyajı üçün bunu bilməniz lazımdır xanımlar. Bu dövrdə qalıntonal kremlər yerinə SPF (günəş qorumalı) bağlayıcılar istifadə edin. Həm işıqlandırıcı,həm tonal, həm də makiyaj astarı olaraq bir məhsul istifadə edə bilərsiniz. Buna görə keyfiyyətli birini alın.
Üzünün T bölgəsi və dodaq altları kölgələnməyə ən uyğun yerlərdir, Bağlayıcını kiçik miqdarlarda bura çəkərək fırçayla paylayın.Alınınız üçün sağdan sola, burnunuz üçün yuxarıdan aşağıya, dodaq altı üçün yumru toxunuşlarla dərinizə yedirin.
Dodaq boyası
Analarımızın taktikası çox doğru:Gözəl bir pomada, gözəl bir ənlikdir.Üstəlik dodaqlarınızın və yanaqlarınızın rəngi fərqli tonlarda və eyni rəng olacağından bir uyğunlaşma tutmuş olarsınız.
Almacıq sümüyü xəttindən bir xətt çəkin və gicgahlara doğru fırçayla paylayın. Asan kölgə vermənin sirri budur..
Göz kölgəsi
Uzun solaryum seanslarına ya da dərinizi təhdid edən günəş vannalarına ehtiyac yoxdur.İstifadə etdiyiniz nəmləndiriciyə bir az qızıl rəngli kölgə qarışdırın. Təbii disko topu kimi görünməməyə diqqət göstərməlisiniz. Çox parlaq kölgələri istifadə etməyin. Qaş yayı, almacıq üstləri və burun sümüyü xəttində qızıl işıltılar təbii bir bronc görünüş verər.


Tarix: 23.11.2014 / 18:12 Müəllif: Aziza Baxılıb: 33 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...