Son dövrdə inanılmaz dəyişikliyilə hər kəsi özünə heyran qoyan Ebru Gündeş, hər vaxt gözəlliyiylə heyran baxışları öz üzərinə çəkməyi bacarıb.
Yaxşı Ebru Gündeşin gözəllik sirləri nələrdir? Gözəl sənətçi dərisinə necə qulluq edir?
Gəlin Ebrunun öz dilindən eşidək.
1. Ümumiyyətlə təbii qulluq məhsulları istifadə edirəm. Limonu sıxdıqdan sonra qalan lifli qisimi bədənimə sürtürəm, beləliklə dərim canlı və parlaq olur.
2. Dəniz duzundan istifadə etməyi sevirəm. Xüsusilə dəniz duzuyla qoxulu yağları qarışdırıram. Ən sevdiyim və faydasını gördüyüm yağlar arasında, yasəmən, portağal, badam, lavanda və jojoba var.
3. Həftədə 1 dəfə peeling tətbiq edirəm. Bu həm dərimin, həm də bədənimin ölü dərilərdən təmizlənməsini təmin edir.
4. Bol bol su içməyə diqqət edirəm. Doğumdan sonrakı çəkilərimi itirməmdəki ən böyük faktor Su. Gündə 4 litrə yaxın su içirəm.
5. Süfrəmdən qaynadılmış tərəvəzləri əsla əskik etmirəm. Axşamları ümumiyyətlə yüngül qidalanıram. Qüsursuz görüntümü axşam yeməyi yerinə meyvə yeməyimə borclu ola bilərəm.
Ebru Gündeşin daha gənc görünməsinin sirri qətiliklə makiyajında dəyişiklik etməsidir, məşhur sənətçi artıq daha təbii və açıq rənglər istifadə edilən makiyajları seçir.
Qaşlarıyla bir xeyli bəyənilən Ebru Gündeş, göz qapağına ət rəngindən iki ton açıq göz kölgəsi istifadə edərək qaşlarının altını işıqlandırır və möcüzə bir görünüşə qovuşur.
Ümumiyyətlə kölgə və almacıq sümüklərində parlaqlıq istifadə edən Ebru Gündeş, dodaqlarında canlı rəngləri, gözlərində isə ümumiyyətlə quyruqlu eyeliner çəkməyi sevir.
Tarix: 22.11.2014 / 15:43 Müəllif: Aziza Baxılıb: 75 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri