Dəri mütəxəssisləri tərtəmiz parlayan, dinc bir dəriyə sahib olmanın ən əhəmiyyətli yolunun təmizlikdən keçdiyini söyləyər. Gündəlik təmizliyimizi etsək belə fərqində olmadığımız bəzi faktorlar dərimizi mənfi istiqamətdə təsir edə bilər. Bunlardan bəziləri:
CİB TELEFONUNA DİQQƏT
Cib telefonunuzla çox danışmaq çənə və yanaq xəttlərinizin diqqətə çarpanlaşmasını təmin edər. Ayrıca telefonunuza yapışan bakteriyalardan qorunmaq üçün də anti-bakyeriyal dəsmallarınızı çantanızdan əskik etməyin.
HOVUZDA ÜZMƏK
Hovuzda üzdükdən sonra duş alsaq belə sudakı xlor tam olaraq təmizlənməyə bilər. Dərimizi xlordan təmizləmək üçün mütləq bir duş geli istifadə etməyə diqqət göstərək.
MAKİYAJLA YATMAQ
Nə qədər yorğun olsaq da mütəxəssislər üzümüzü makiyajdan təmizləmədən yatmamamız lazım olduğunu söyləyir. Makiyaj vəsaitlərinin dəridə çox uzun qalması bakteriya meydana gəlməsinə və infeksiyaya səbəb ola bilər.
QƏHVƏ İSTEHLAKI
Xüsusilə quru bir dəriyə sahibsinizsə mümkün olduğunca az qəhvə istehlak etməlisiniz. Unutmayın dərinizin ehtiyacı olan yeganə şey sudur. Bir az aroma qatmaq üçün suyunuza bir dilim limon ya da portağal ata bilərsiniz.
SIZANAQLARINIZI SIXMAYIN
Əminik bir çoxunuz üzünüzdəki sızanaqları sıxmadan rahatlamırlar. Hər nə olursa olsun onlara toxunmayanlar varsa onları alqışlayırıq. Sızanağınızı sıxdığınızda o bölgədə yığılan çirki dəriniyin altına göndərmiş olursunuz.
PAY ATLAMAYIN
Pay atlamanın və kifayət qədər bəslənməmənin dəri üzərində mənfi təsirləri vardır. Təbii qidalarla bəslənərək vitamin alışının davamını təmin etmək dərimiz üçün çox əhəmiyyətli.
İSTİ DUŞDAN UZAQ DURUN
Bir çoxumuz uzun və isti duşlara huşunu itirər. Duş alarkən dəriniz qızarmağa başladısa, xüsusilə də qaşınacaq qədər təhriş olursa duşdan çıxma vaxtınız gəlmişdir. Həddindən artıq isti su dərinin ən üst təbəqəsini soyaraq dərinin qurumasına səbəb olar.
MƏHSULLARI ÜZÜNÜZDƏ SINAYIN
Yeni bir kosmetik məhsulu götürmək istəyirsiniz. Əlbəttə ki sizin üçün doğru olanı tapana qədər bir neçə fərqli məhsulu yüzünüzə sürəcəksiniz. Lakin unutmayın bunlardan biri allergiya edə bilər. Bu səbəbdən hər hansı bir kosmetik məhsulu sınamaq üçün üzünüz yerinə qolunuzun kiçik bir hissəsini istifadə edə bilərsiniz.
DODAQLAR
Üz gözəlliyinin pik nöqtələrindən biri qüsursuz dodaqlardır. Pomada seçkinizi mütləq nəmləndirici ehtiva edən məhsullar arasından edin.
Tarix: 17.06.2013 / 21:01 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 143 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri