Saçları düzgün yuma qaydası
İstəyirsiniz ki, saçlarınız hər zaman elə görünsün ki, sanki salondan bu dəqiqə çıxmısınız? Şampundan düzgün istifadəni öyrənin! Hətta adi saç yuma vasitəsi ilə də saçlarınızın vəziyyətini nəzərə çarpacaq dərəcədə yaxşılaşdıra bilərsiniz. Peşəkar saç ustası Ben Skervinin məsləhətləri ilə Qadin.az saytında tanış olun.
1. Saça şampun çəkməmişdən öncə saçları yaxşı isladın. Axar su altında saçı minimum bir dəqiqə saxlayın. Əgər saçlarınız uzundursa, əmin olun ki, onlar yaxşı islanıb. Bunun üçün axar su altında onu hissələrə ayırın. Su çox isti və ya çox soyuq olmamalıdır. Əsas odur ki, özünüzü rahat hiss edəsiniz.
2. Ovcunuza böyük qəpik ölçüsündə şampun tökün və astaca qarışdırın. Şampunu təpədən başlamış saçın uclarına doğru olan istiqamətdə çəkin. Başı asta dairəvi hərəkətlərlə masaj edin, çalışın ki, bütün saç həcmini əhatə edəsiniaz.
3. Şampunu yumamışdan öncə barmaqlarınızı saçın dibindən uclarına doğru keçirin və əmin olun ki, saçın hər santimetri bütünlüklə şampunla örtülüb. Saçları dartmayın, sadəcə barmaqları onun arasından keçirin.
4. Saçı yuma şampun çəkmədən daha vacib məqamdır və iki dəfə çox zaman tələb edir. Duş altında ən azı 5 dəqiqə saçları yaxşıca yuyun. Əgər şampunu yaxşı yumasanız, bu saç rənginin solğunlaşmasına və baş dərisində qaşınmaya səbəb ola bilər. Əslində isə əsl səbəb saçda quruyub qalmış şampun hissələri olacaq.
5. Qoçaqlar isə sonda saçı buzlu su ilə yaxalasınlar. Bu əlavə parlaqlıq üçündür. Soyuq su baş dərisində qan dövranını yaxşılaşdırır və nəticədə saç tez uzanır, parlaq görünür.
6. Saçları qurudan zaman dəsmalı bərk sürtməyin – çünki yaş saçlar daha həssasdır, buna görə də qayğıya ehtiyacı çoxdur. Təsəvvür edin ki, saçlarınız ipəkdən hazırlanıb. Onları ehtiyatla çırparaq qurudun və saçlarınıza həmişəki kimi düzüm (ukladka) verməzdən əvvəl uclarındakı suyu sıxın.
7. Unutmayın ki, yayda nəinki dəri, saçların da ultrabənövşəyi şüalardan qorunmaya ehtiyacı var. Buna görə də saça düzüm vemək ( ukladka) üçün uv-filtr vasitəsindən istifadə edin.
Tarix: 22.11.2014 / 13:45 Müəllif: Aziza Baxılıb: 73 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri