Qaşlarının səyrəkliyindən əziyyət çəkən və artıq bu vəziyyətdən xilas olmaq istəyənlərə həqiqətən çox xüsusi tövsiyələr təqdim edirik. "Qaşlarımın incəliyi məni canımdan bezdirir"deyirsinizsə sizlərdə aşağıdakı xüsusi tövsiyələrimizə bir nəzər salmalı və bu xüsusi tövsiyələr ilə qaşlarınızı baxım altına almalısınız. Bu xüsusi tövsiyələri diqqətli bir şəkildə həyata keçirməyə başladığınız andan etibarən sizlərdə daha qalın və gur qaşlara sahib ola biləcəksiniz.
Gözəllik mövzusunda hər detalı nəzərdən qaçırmadan tətbiq edən qadınlar aşağıdakı xüsusi tövsiyələri də diqqətə almalıdır.
Qaşlarımız, üzümüzün çöhrəsini diqqətə çarpan edən çox əhəmiyyətli bir hissədir. Şəkilli və gözəl qaşlar üzünüzün gözəlliyini artırar, gözlərinizin ön plana çıxmasını təmin edər.
Ancaq çox az adam qaşlarından razıdır. Kimsə çox gur ,kimsə də səyrək olmasından şikayətçidir.
Əgər səyrək və şəkilsiz qaşlara sahibsinizsə özünüz ala bilərsiniz. Ancaq yenə də diqqətli olmanız lazımdır.Qaşlarınızı alarkən yaxın bir ayna istifadə edin və hər hərəkətdə aynanı uzaqlaşdıraraq necə göründüyünə diqqət yetirin. Təsadüfi tükləri almaq qaşlarınızın şəklini gözəlləşdirməz.
Qaşlarınızı istədiyiniz şəkildə aldıqdan sonra qaş qələmi istifadə etməniz lazımdır. Qaşlarınızın rəngi ilə eyni rəngdə və ya bir az açıq rəngli bir qələm seçin. Bununla süni görünməsinə maneə törətmiş olacaqsınız.
Qulağa qəribə gələ bilər ancaq hər gecə yatmadan əvvəl kiçik miqdarda vazelin istifadə edilən.Bu qaşlarınızın yenidən böyüməsinə kömək edəcək. Gecə yatmadan əvvəl üzünüzü təmizləyib vazelin tətbiq etsəniz, zaman keçdikcə qaşlarınızın gurlaşdığını fərq edəcəksiniz.
Tarix: 16.06.2013 / 13:20 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 710 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri