Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qafilin,cahilin canı,ruhu bu duadan uzaqdır.

Bir nəfər gecələri qalxar, Allaha əl açıb Ona dua edərdi. Bir gün şeytan ona deyir ki: "Ey Allahi çox anan insan Bütün gecə "ALLAH" deyib çagırırsan. Heç sənə "BUYUR" deyən varmı? Sənə cavab verən varmı? Nə vaxta qeder belə dua edəcəksən?
Həmin şəxsin qəlbi qırılır, başını yastığa qoyub yuxuya gedir. Yuxuda ona belə deyirlər: "Özünə gəl, oyan. Niyə dua və zikri tərk etdin? Niyə usandın?"
O: "Buyur deyə bir cavabın gəlmədi. Qapından qovulmaqdan qorxuram" deyir.
Səs: "Sənin "ALLAH" deməyin, Onun "BUYUR" deməsidir. Sənin yalvarışın Allahin sənin ruhuna ilham verməsi, önünü açmasıdır. Səndəki qorxu, sevgi, ümid Allah lütfünün kəməndidir. Sənin hər "YA RƏBBİM" deyişinin altında Allahın "BUYUR" deməsi var."
Qafilin,cahilin canı, ruhu bu duadan uzaqdir. Çünki ona "YA RƏBBİM" deməyə icazə verilməmişdir. Onun ağzına da, dilinə də qıfıl vurulub. Müşkülə düşəndə ağlayıb sızlamasın deyə Allah ona dərd, ağrı, qəm, kədər verməyib.
Bunu başa düş ki, Allaha dua etməyə, Onu çağırmağa səbəb olan dərd dünya səltənətindən daha yaxşıdır...


Tarix: 03.12.2014 / 15:30 Müəllif: Aziza Baxılıb: 48 Bölmə: Maraqlı melumatlar
loading...