Apreldə serverlərinin 5 dəqiqə işləməməsi səbəbiylə internet trafikinin 40 faiz düşməsinə səbəb olan Google üçün hazırlanan infoqrafika, sadəcə axtarış nəticələrində deyil eyni zamanda gəlirindən araşdırmalara ayırdığı büdcəyə qədər saylarla böyüklüyünü göstərir. Sumocuopon, Google-da 1 dəqiqədə nələrin olduğunu paylaşdı.
60 saniyədə 2,4 milyon axtarışın aparıldığı, dəqiqədə 123 min 109 dollar gəlir əldə edən texnologiya nəhənginin araşdırmalara ayırdığı büdcə yenə dəqiqədə 16 min 404 dollar. Ümumi gəlirinin içində az görünsə də Google-un Play Store-dan qazancı dəqiqədə 2 min 283 dollar.
Gəlirlərinin böyük bir hissəsini reklamlardan əldə edən Google-un 60 saniyədə göstərdiyi reklam sayı isə 20 milyondan çoxdur. Belə bir böyüklüyün daha dəqiq başa düşülməsi üçün müştəri xidmətləri mövzusundakı rəqəmlə daha aydın görünəcəkdir ki, reklamlarla bağlı bir dəqiqədə Google-a zəng edən adam sayı 694-dür.
Tarix: 27.08.2014 / 16:05 Müəllif: ADMIN Baxılıb: 213 Bölmə: Maraqlı melumatlar