Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yupiterin peyki Ganimadə olan su Yer kürəsindən daha çoxdur

Ganymede’dә hәyat izlәri
Ganymede araşdırmaları 2002-ci ildәn başlayıb. Alimlәr hәlә o zaman Ganymede-nin maqnit sahәsi haqda araşdırmalar edәrәk peykdә okeanın olması haqda nәzәriyyәlәr irәli sürmәyә başladı. Son zamanlar isә Hubble teleskopu ilә edilәn araşdırmalar bu nәzәriyyәlәri yenidәn gündәmә gәtirib.

Yupiterin peyki Ganymede Yerdəki sudan daha çox suya sahib olan duzlu okeana malikdir. Alimlər Hubble teleskopu vasitəsilə Yupiterin ən böyük peyki Ganymede’nin səthi altında gizlənmiş duzlu okean tapıblar. NASA rəsmilərinə görə Ganymede’dəki qalın buz qatı ilə örtülmüş okean, özündә Yer səthində olan sudan daha çox su saxlaya bilər. Alimlər okeanın 60 mil, yәni tәqribәn 100 km dərinliyində olduğunu düşünür, bu da okeanın, Yerdəki okeanlardan 10 dәfә daha dәrin olduğu anlamına gәlir. Hubble teleskopu həmçinin alimlərə Günəş sistemində və ondan kənarda su olan digər dünyaların tapılmasında kömək edəcəkdir. “Günәş sistemi indi daha da hәyata uyğun görünür. Cihazlarımız tәkmillәşdikcә olduğumuz sistemdә yalnız olmadığımız düşüncәlәri daha da artır.” – NASA-nın planetologiya üzrə direktoru Jim Green vәziyyәti belә izah edir. Alimlәr xüsusәn özündә hәyatın әsas simvolu olan suyu daşıyan planetlәrә daha çox maraq göstәrirlәr, çünki bildiyimiz bütün hәyat formaları su ilә bağlıdır.

Ganymede’nin bizә verdiyi ipucları – hәyat izlәri!
Elm adamları Ganymede-dәki su püskürmәlәrindәn dә bәhs edir. Bu, peykdәki hәyat ehtimalını daha da artırır. Bu tip püskürmәlәr peykin buz tәbәqәsinin altında maye halda su olduğu şübhәlәrini daha da artırır. Ganymede’dәki qütb parıltılarını şәrh edәn astrofizik Joachim Saur vәziyyәti belә izah edir: ” Mәn hәr zaman düşünürdüm ki, biz teleskopdan başqa hansı mәqsәdlәr üçün istifadә edә bilәrik? Görәsәn teleskopla planetin daxilini dә müşahidә etmәk olarmı? Sonra mәn Yupiterin bizә verdiyi ipucu ilә rastlaşdım – Qütb parıltısı! Bәli, doğru eşitdiniz, bu ipucu mәhz qütb parıltısıdır. Çünki qütb parıltısı birbaşa maqnit sahәsi ilә әlaqәdardır. Әgәr siz qütb parıltısını müşahidә etsәniz, maqnit sahәsini öyrәnәrsiz. Әgәr siz maqnit sahәsini öyrәnsәniz, eyni zamanda planetin daxilini dә öyrәnmiş olarsız! Bir sözlә qütb parıltısı adlanan bu hadisә gәlәcәkdә özündә hәyat daşıya bilәcәk planetlәri tapmaq üçün bizә çox yardımçı olacaq.”
Alimlәrin fikrincә ekzoplanetlərdə qütb parıltısı aktivliyini izləməklə, planetin üzərində və yaxud içərisində suyun olub-olmaması haqda nəticə çıxarmaq olar. Lakin bu Yupiter və Ganymede’də olduğu qədər asan deyil. Bunun üçün Hubble’dan daha böyük vә daha tәkmillәşdirilmiş bir teleskop tələb olunur.
Ganymede’nin araşdırılması üçün ilk addım – buzaltı okeana zond göndәrilәcәk
Yupiterin peykləri gələcək kosmik missiyaların məşhur hədəfidir. ESA (Avropa Kosmik Agentliyi) 2022-ci ildə onun peyklərinə Juice adlı zond göndərməyi planlaşdırır. Juice’nin qarşısında üç missiya var : Europa, Callisto və Ganymede adlı peyklәri yaxından araşdırmaq. Rəsmilər 2020-ci illərin ortalarında Europa’ya zond göndərilməsini ümid edir.

Hubble ilә keçәn 25 il
Bu il Hubble 25 yaşını qeyd edir! “Bu kəşf təkcə Hubble’nin nələri bacara biləcəyini göstərən əhəmiyyətli mərhələnin bir hissәsidir” – NASA-dan olan elm adamı John Grunsfeld belә әlavә edir – “Hubble orbitdə olduğu bu 25 il ərzində Günəş sistemimizdә bir çox elmi kəşflər etmişdir. Ganymede’nin buz altındakı dərin okeanı Yerdən kənarda həyat axtarışlarını daha da şaxәlәndirә bilәr.” Lakin, düşünün, biz yeganә evimiz olan bu planeti, bu planetin okenlarını hәlә tam öyrәnә bilmişikmi?..
Tәrcümә etdiyi üçün Asiman Hadızadәyә tәşәkkürlәr.


Tarix: 01.04.2015 / 13:24 Müəllif: Aziza Baxılıb: 300 Bölmə: Maraqlı Melumatlar
loading...