Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İşləyərkən musiqi dinləmək olarmı?

Galler İnstitunun həkimi Nick Perham, yaşları 18-30 arasında dəyişən 25 adam arasında test aparıb. İştirakçıların dəyişik vəziyyətlərdə bilgiləri və xatırlama səviyyəsi ölçülüb. İştirakçılardan 8 səssiz hərfi sırası ilə xatırlamasını istənilib. Test sakit bir mühitdə, sevdikləri musiqini dinləyərkən, sevmədikləri musiqini dinləyərkən və davamlı sinqal şəkilində 3 rəqəmini təkrarlayan qeydi dinləyərkən təkrarlanıb.

Mütəxəssislər ən yaxşı nəticənin 3 rəqəmini dinləyərkən və səssiz mühitdə həyata keçdiyini qeyd edib. Qeydi dinləyərkən performansın yüksək olmasının səbəbi stabil mühit olduğu göstərilib.

Xüsusən də ofisdə və ciddi iş rejimində işləyərkən musiqi dinləməyin narahat edici olduğu və iş fəaliyyətinin səviyyəsini aşağı saldığı qeydə alınıb.


Tarix: 10.12.2014 / 18:01 Müəllif: Aziza Baxılıb: 36 Bölmə: Maraqlı Melumatlar
loading...