Ümumiyyətlə yaradıcılıq üsulları 2 fərqli məqamları özündə ehtiva edir: 1) mümkün qədər çox yeni ideyalar yaratmağa çalışın; 2) ya da mövcud ideyalar içərisindən ən yaxşısını seçməyə çalışın.
Ən yaxşı ideyaya çata bilmək üçün tez-tez fikirlərinizi dəyişməyə çalışın. Fikirlərinizi tez-tez dəyişməli olduğunuz qatar kimi düşünün. Başqa sözlə, biz eyni ideyaları başqa-başqa formalarda yenidən düşünür və icra edirik. Geniş perspektivlər üçün bu prosesi həyata keçirtmək sizə asan gələcək.
Kəmiyyət keyfiyyət yaradır.
Bu ifadə müəyyən dərəcədə doğrudur. Bəli, kəmiyyət bəzi hallarda keyfiyyətə zəmanət verir. Kəmiyyətin çox olması, pis və ya yaxşı ideyalarla zəngin bir ictimaiyyətin olması deməkdir. Bu ideyaların hansı səviyyədə olmasından asılı olmayaraq, içlərindən biri ən yaxşı ideya olacaqdır. Burada sadə bir qayda vardır ki, bu da kimsə yeni bir fikirlə çıxış etdiyi zaman onun fikirlərinə müdaxilə etmədən sonacan dinləməkdir. İlk prioritet mühakimə etmək deyil, yaradıcı olmaqdır.
Beyin fırtınası necə olmalıdır?
Ümumiyyətlə, ən yaxşı beyin fırtınalı qrup daxilində baş verir. Bir qrup daxilində hər hansısa bir problemin həll üsullarını tapa bilmək üçün beyin fırtınası baş verərək, ən yaxşı çıxış yolu axtarılır. Beyin fırtınasının ən böyük üstünlüyü, fərqli fikirlərə sahib insanların hadisələrə fərqli mövqelərdən baxaraq irəli sürdükləri çoxlu sayda ideyalarının olmasıdır. Ən yaxşı beyin fırtınasını müəyyən etmək üçün müəyyən şərtlər vardır. Bu şərtlərə əməl edərək əla nəticələr əldə etmək olar:
İrəli sürülən heç bir fikri mühakimə etməyin;
Açar sözləri müəyyənləşdirin və ilk ideya rüşeymləri meydana gələnəcən o sözlərdən söz birləşmələri yaratmağa çalışın;
Daha çox fikir, daha yaxşı nəticə;
Bəzən pis fikirlər yaxşı ideyalara ilham verə bilər;
Hər bir fikir fərdi deyil, qrupun məhsulu, onun mülkiyyətidir;
Beyin fırtınası üçün müəyyən vaxt limiti qoyun ( maximum 25-30 dəqiqə );
Beyin fırtınası rəhbəri seçin. Həmin şəxs qaydaların düzgün yerinə yetirilməsinə nəzarət etməlidir;
Pis fikri belə bölüşmək cəsarət tələb edir. Cəsarətli olmağı heç bir zaman unutmayın.
Tarix: 08.12.2014 / 15:24 Müəllif: Aziza Baxılıb: 113 Bölmə: Məntiq və IQ