Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Müdrik qoca nə dedi?

Bir kənddə yaxşı at sürən iki igid oğlan vardı.Onlar həmişə öz aralarında mərc qoşurdular ki, kim-kimi ötər.
Bir dəfə biri başqa vaxt o biri qalib gəlirdi.Axırda bu cür qələbə qazanmaq onları bezdirdi.Onlardan biri təklif etdi ki, gəl əksinə mərc qoşaq. Yəni kimin atı mənzil başına ikinci çatar. Bəli, bunlar mərc qoşurlar.Camaat yığışır.
Amma bu atsürənlərdən heç biri yerindən tərpənmir.Camaat da başlayır gülməyə ki, əşı bunlara bax gör nədən mərc gəliblər.Əlbəttə heç biri yerindən tərpənməyəcək.Çünki ikisi də qalib gəlmək istiyir.
Nəhayət bir qoca irəli çıxıb bunların yanına gəlir.Onlara yavaşca nəsə pıçıldayır.Bir neçə dəqiqədən sonra atlılar güllə kimi götürülür.Amma yenə də mərcin şərtinə uyğun olaraq mərci ikinci gələn qazanır.

Diqqət! sual: Qoca atlılara nə deyir?


Tarix: 08.12.2014 / 15:17 Müəllif: Aziza Baxılıb: 73 Bölmə: Məntiq və IQ
loading...