Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şahın zarafatı

Bir şah şeiri çox sevirmiş. Bu şahın şeirimi, yaxud zarafatımı çox sevdiyi həmişə əyanları, təbəələri tərəfindən müzakirə olunurmuş. Bir gün şah bir yarış keçirdir:
— Daha əvvəl heç eşidilməmiş şeir gətirib, mənə hüzurumda oxuyan şairə mükafat verəcəyəm — deyir.
Gün gəlib yetir. Şahın hüzuruna şairlər gəlib şeirlər oxuyurlar.
Şahın vəziri şahın bir tərəfində, qızı isə o biri tərəfində oturub, oxunan şeirləri diqqətlə dinləyirlər. Şeiri bitirib qurtaran kimi şah həmin şeiri, bildiyi bir şeir olduğunu söyləyir və qızına üzünü tutub «söylə» deyir. Qızı şairin yeni dediyi şeiri başdan sona əzbər söyləyincə, şah:
— Vəzir, bir də sən söylə — deyir. Vəzir də şeiri deyib qurtardıqdan sonra, şah üzünü şairə tutub:
— İnanmırsansa bir də mən söyləyim — deyib, şeiri başdan sona oxuyur.
Beləcə şairlərin hamı xəyal qırıqlığına uğrayırlar. Bu necə olur? Axı, şeirlərin hamısı orjinal və yeni idi. Şahın sirri və yaxud zarafatı nədə idi?


Tarix: 08.12.2014 / 15:23 Müəllif: Aziza Baxılıb: 114 Bölmə: Məntiq və IQ
loading...