Məntiq və IQ → Dilemma və məzəli sual
Birinci sual dilemma xarakteri daşıyır.
Təsəvvür elə ki, avtomobillə (ikinəfərlik) ildırımlı gecədə yol gedirsən. Avtobus dayanacağının qarşısından ötərkən orda üç nəfərin avtobus gözlədiyini görürsən:
1. Ölüm ayağında olan yaşlı qadın
2. Bir vaxt sənin həyatını xilas etmiş köhnə dostun
3. Ömrün boyu arzusunda olduğun mükəmməl xanım və ya kişi (suala cavab verənin xanım və ya kişi olmağından asılı olaraq)
Avtomobilinə yalnız və yalnız bir nəfəri götürə biləcəyini bildiyin halda, kimi seçərdin? Bu əslində dilemmadır və hətta bir zamanlar işə götürmə prosesində soruşulan suallardan olub. Sən ölmək üzrə olduğu üçün yaşlı qadını götürə bilərsən və beləcə onun həyatını xilas edə bilərsən. Və ya sənin həyatını xilas edən köhnə dostunu götürə bilər və beləcə sənə etmiş olduğu yaxşılığın əvəzini ödəyə bilərsən. Lakin, sən heç vaxt arzularında yaşatdığın şəxsi birdə tapmaya bilərsən.
Sualın cavabı şəxsiyyət tipindən asılı ola bilər amma bu dilemmaya ən uyğun cavab tapılıb.
İkinci sual isə məzəli suallardandır:
Gölməçədə on balıq var idi və qəflətən onlarda biri ölür və gölməçənin su səviyyəsi artır. Suyun səviyyəsinin artmasına səbəb nədir?
DİQQƏT!!! Əgər sualın cavabını əvvəlcədən bilən varsa, cavab verməməyiniz xahiş olunur. Bilməyənlərə öz şanslarını sınamağa şans verin...
Tarix: 08.12.2014 / 15:16 Müəllif: Aziza Baxılıb: 124 Bölmə: Məntiq və IQ