1. -3 dənə 9 ilə 10 əldə edin
-4 dənə 9 ilə 100 əldə edin
-3 dənə 9 ilə 100 əldə edin
-4 dənə 6 ilə 64 əldə edin
***
2. zəngin bir iş adamı təyyarə ilə uzun bir səfərə çıxmaq istəyir. elə bu niyyətlə şirkətdən çıxarkən gecə mühafizəçisi onun önünü kəsib onun bu təyyarə ilə səyahətə çıxmamasını tövsiyyə edir. buna səbəb də yuxusunda təyyarənin bir dağa dəyəcəyini gördüyünü deyir.Zəngin adam buna əhəmiyyət verməsədə ürəyində şübhə qalır və səfərə çıxmır. səhərisi gün həqiqətəndə təyyarə qəzaya uğrayır. Zəngin adam canını xilas etdiyi üçün mühafizəçiyə çoxlu pul verir, ancaq işindəndə qovur. sual: mühafizəçi işdən niyə qovulmuşdur?
***
3. Padşah bir günahkarı asdıracaqmış. vəzirinə deyir:
- bir kağıza ölüm, digərinə isə yaşam yaz və torbaya qoy. günahkar hansını seçsə o olacaq. vəzir günahkar düşmanı olduğu üçün ikisinə də ölüm yazır. Gunahkar isə bunu bilirdi.Ancaq vəziri padşahın yanında günahlandıra bilməzmiş.
sual: günahkar necə xilas olur?
Tarix: 08.12.2014 / 15:18 Müəllif: Aziza Baxılıb: 76 Bölmə: Məntiq və IQ