Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məntiq tələb edən sual

Günlərin bir günü varlı bir evin xidmətçisi polisə gələrək sahibinin öldürüldüyünü deyir...
Dedektiv ondan hadisənin necə baş verdiyini soruşur. O isə hadisəni belə təsvir edir...
- Sahibim işdən evə gəldikdən sonra 2-ci mərtəbəyə öz otağına qalxdı... Bir az keçdikdən sonra mən yuxarıdan atəş səsi eşitdim. Qalxıb otağına girmək istədim lakın otağın qapısı içəridən bağlı idi. Məcbur olub çölə çıxdım və aşağıdan daşla otağın pəncərəsini sındırdım və nərdivanla qalxıb otaqa girdim. Sahibimi otaqda masanın üzərində ölmüş vəziyyətdə gördüm və əlində silah qalmışdı. Masanın üzərində bir də kitab var idi. Kitabın 7 - 8 ci səhifələri arasında bir məktub tapdım. Məktubda "Mənim ölümümdən heç kim günahkar deyil" yazılmışdı. Başqa heç nəyə əl vurmadım. Otaqdan çıxarkən ayağım daşa ilişdi və əlimlə vazaya toxundum düşdü sındı. Oradan da çölə çıxıb bir başa bura gəldim...
Dedektiv onun danışdıqlarının arasında kiçik bir məntiqi səhv tutdu... Və o səhvin sayəsində qatilin elə xidmətçi olduğunu sübut elədi...

Xidmətçinin ifadəsindəki məntiqi səhv nə idi?


Tarix: 08.12.2014 / 15:21 Müəllif: Aziza Baxılıb: 86 Bölmə: Məntiq və IQ
loading...