Nərimanov Nəriman Nəcəf oğlu (14 aprel 1870, Tiflis, Gürcüstan-19 mart, 1925, Moskva, Rusiya) — ictimai xadim, yazıçı, publisist, həkim, Azərbaycan SSR-in ilk dövlət və hökumət başçısı.
Həyatı
Nəriman Nərimanov 1870-ci ildə Tiflis şəhərində anadan olmuşdur. 1890-cı ildə Qori seminariyasını, 1908-ci ildə Novorossiysk (Odessa) Universitetinin tibb fakültəsini bitirmişdir.
1905-ci ildə Sosial-Demokrat "Hümmət" təşkilatınnın rəhbərliyinə daxil olmuş, Rusiya Sosial-Demokrat (bolşeviklər) Partiyasının (RSDF(b)P) məramnaməsini türk dilinə çevirmişdir. 1909-cü ildə həbs olunaraq Həştərxan şəhərinə sürgün edilmişdir.
1913-cü ildə Bakıya qayıdan Nərimanov fəhlələr arasında təbliğatla məşğul olmuşdur.
Artıq 1917-ci ildə N.Nərimanov "Hümmət" Təşkilatı Mərkəzi Komitəsinin sədri və RSDF(b)P Bakı Komitəsinin üzvü, "Hümmət" qəzetinin baş redaktoru idi.
1918-ci ilin martında Nərimanov Bakı Sovetində şəhər təsərrüfatı üzrə xalq komissarı təyin olunur. Həmin ilin iyun ayında ağır xəstəliklə əlaqədar olaraq Həştərxan şəhərinə müalicəyə göndərilir. Sağaldıqdan sonra həmin şəhərdə bir sıra partiya orqanlarında çalışır.
N. Nərimanov 1919-cu ildə Moskvaya çağırılaraq RSFSR Xalq Xarici İşlər Komissarlığında (XİN) Şərq məsələləri üzrə Xalq komissarının müavini vəzifəsinə təyin edilir.
28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən və Azərbaycan SSR elan edildikdən sonra N.Nərimanov Azərbaycan SSR Müvəqqəti İnqilabı Komitəsinin Sədri və Xalq Komissarları Sovetinin Sədri (Baş nazir) vəzifəsini tutur.
1922-ci ildə SSRİ yarandıqdan sonra, Lenin və partiya qarşısında xidmətləri nəzərə alınaraq, SSRİ Mərkəzi İcrayyə Komitəsinin Həmsədrlərindən biri seçilir.
N. Nərimanov 1925-ci ildə müəmmalı şəkildə ölmüş və Kremlin divarları yaxınlığında dəfn edilmişdir.
Maraqlı faktlar
Doğum tarixinin təhrifi
Məlum faktdır ki, həm Vladimir Lenin, həm də Nəriman Nərimanov 1870-ci ildə anadan olublar. Amma Azərbaycan tarixçilərindən bəziləri sovet dövründə Nərimanovun doğum tarixini 1871-ci il yazırdılar. Onlara belə gəlirdi ki, 1870-ci ildə ancaq Lenin doğula bilər. Uzun müddət də Nərimanovun anadan olduğu tarix 1871-ci il yazıldı. Sonradan yenə də Nərimanovun doğum tarixi 1870-ci il göstərildi.
Əsərləri
Nadir Şah
Bahadır və Oğlu
Qonaqlıq
Bahadır və Sona
Şahmandarbəy
Tarix: 11.06.2015 / 13:12 Müəllif: Aziza Baxılıb: 171 Bölmə: Müxtəlif