Səfillər (fr. Les Misérables) — yazıçı Viktor Hüqonun 1892-ci ildə nəşr olunmuş və XIX əsrin ən mükəmməl nəsri hesab edilən fransız romanıdır. Romanda XIX əsrin əvvəllərində on yeddi il ərzində (1815-ci ildən başlayaraq 1832-ci il İyun qiyamına[1] qədərki dövrdə) bir neçə fransız obrazın həyatı və qarşılıqlı münasibələri izlənilir.
Roman əski dustaq Jan Baljanın çarpışmaları və xilasolma sərgüzəştləri üzərində qurulmuşdur. Əsərdə qanunun və xeyirxahlığın təbiəti tədqiq edilir, habelə əsər Fransa tarixi, Paris memarlığı, siyasət, əxlaq fəlsəfəsi, antimonarxizm, hüquq, din, romantik məhəbbət və ailə sevgisinin təbiəti və tipləri kimi mövzularla genişləndirilir. Məzmun dəlillərə əsaslanmış və tarixi hadisələrlə zəngin olduğundan tarixi fiksiya hesab edilir. Belə güman edilsə də, romanın fonunda Fransa inqilabı dayanmır. Fransa inqilabı XVIII əsrdə baş vermiş, "Səfillər" isə XIX əsrdə yazılmışdır. Adı çəkilən "inqilab" yalnız İyun qiyamıdır (1832-ci il tələbə üsyanı).
"Səfillər" adı saysız hesabsız tamaşalar, ekran əsərləri, eyni adlı (bəzən "Les Mis") məşhur səhnə müzikli kimi də şöhrət tapmışdır.
Tarix: 16.03.2013 / 13:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 424 Bölmə: Kitablar elm