Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Drakula (roman)

Drakula — İrlandiya yazıçısı Brem Stokerin əsəridir. İlk dəfə bu əsər 1897-ci ildə may ayında çapdan çıxmışdır. Əsərin baş qəhrəmanı Drakuladır.Mündəricat
1 Məzmun
2 Əsərin qəhrəmanları
3 Maraqlı faktlar
4 Drakula romanı kinematoqrafiyada


Məzmun

Əsərdə Qraf Drakula öldükdən sonra dirilən bir varlıqdır. Lakin Jonathan Harker adlı şəxs bundan xəbərsizdir. Conatan Transilvaniyaya Drakulaya Londonda ev almağa kömək etmək üçün gəlir. Hər kəs Drakulanın qəsrindən qorxsa da, bunu bilməyən Conatan qəsrə gedir. Lakin sonradan qorxunc həqiqətləri öyrənsə də, geri qayıtmaq üçün artıq çox gecdir. O, Drakula ilə gün ərzində yalnız gecələr görüşə bilir.Conatanın işi qurtarsa da, Drakula onu qəsrdən getməyə imkan vermir. Qəsrin bütün qapılarının bağlı olduğunu görən Jonathan artıq dustaq olduğunu anlayır. Drakula Conatanı məcbur edir ki, o, hər ay Londona məktub yazıb yaxşı olduğunu və burada bir az qalacağını bildirsin. Bir gün Jonathan görür ki, Drakula onun qanı haqqında üç qadınla söhbət edir. Bir neçə gün sonra isə Drakula onu məcbur edir ki, öz sevgilisinə məktub yazıb Transilvaniyada işinin qurtardığını və öz evinə qayıdacağını bildirsin.Conatan anlayır ki, Drakula artıq onu öldürməyi planlaşdırır. O, bunu biləndən sonra qəsrdən qaçmaq üçün plan qurur.

Conatanın sevgilisi Mina isə Conatan gedəndən bəri onun qəribə qısa məktublarına görə çox narahat olur.

Bundan başqa, əsərdə Conatan və Minanın bir-birlərini sevən Lüsi və Artur adlı iki dostundan da bəhs olunur. Lüsi bəzən kilsənin həyətinə gedir. Bir gecə Mina Lücinin arxasında qaranlıq kölgə görür. Bu vaxt o, ay işığında yatmışdı və boğazında iki qan damlası var idi. Sonrakı gecə Lüsi özünü piss hiss edir. Bir gün sonra Mina Jonathanın Draculanın qəsrindən qaçmasına və xəstə olmasına dair məktub alır.

Nəhayət onlar qovuşa bilirlər və hər şey qaydasında gedir. Bir neçə ay sonra isə onlar evlənirlər. Qısa vaxt keçməmiş onlar Drakulanın Londonda olduğunu görüb çox qorxurlar. Daha sonra onlar evə qayıdanda Lüsnin ölüm xəbəri haqqında Arturdan məktub alırlar. O, hər gün qan itirir və Mina görür ki, o, vampirə çevrilib. Onun bütün dostları üzülsə də, Lüsi əslində ölmür. Belə ki, o, artıq öləndən sonra dirilən bir varlığa çevrilmişdir və hər gecə tabutundan çıxıb kasıb uşaqları öldürür. Arthur dostu Cek və Cekin yaşlı müəllimi professor Van Helsinq Lüsinin qəbrinə gedib taxta parçası ilə onun ürəyindən vururlar. Lüsi isə özünə gələrək sakitləşir. Mina və Conatan professorun vampir Drakulanı öldürməyinə kömək etməyi qəbul edirlər. Lakin bir neçə gün sonra Drakula Minaya ölüm öpüşü göndərir. Onlar vampiri öldürmədən qabaq artıq Mina ölür. Transilvaniyadan İngiltərəyə qayıtmağına imkan verməyərək onlar Drakulanın tabutunun yerini tapırlar.Conatan tabutu açıb bıçağı vampirin ürəyinə saplayır. Vampir ucadan çığırır. Sonra Mina dirilir və hər şey normal vəziyyətinə qayıdır. Mina Conatanla birlikdə həyatlarına davaç edirlər.

Əsərin qəhrəmanları
Abraham Van Helsinq - həkim ,filosof və magiya üzrə mütəxəssis.
Conatan Harker — vəkildir.
Vilhelmina Harker - Əvvəlcə Conatan Harkerin nişanlısı , sonradan isə arvadı olur.Sonsuzdur.Lüsi Vesternanın ən yaxşı qız dostudur.
Con Syüard - həkim və psixoterapevtdir.
Lüsi Vestern - Mina Harkerin ən yaxşı qız dostudur.Drakulanın qurbanıdır.
Kvinsi Morris - varlı ABŞ səyahətçisidir.Lüsi Harkerin dostudur.Əsərin sonunda aldığı yaradan vəfat edir.
Renfild - ruhi xəstədir.Onun yaşadığı xəstəxanaya Con Syüard rəhbərlik edir.Drakulaya sitayiş edir.Şox ağıllıdır.
Mister Hokins - Conatan Harkerin işlədiyi vəkil kompaniyasının rəhbəridir.
Artur Holmvud (sonradan lord Qodalminq) - Lüsi Vesternanın nişanlısıdır.
Qraf Drakula - əsərin baş qəhrəmanıdır.Vampirdir.

Maraqlı faktlar
Brem Stokerin öğlunun söylədiyinə görə , Qraf Drakulanın qəbirən necə qalxdığını ilk dəfə yuxusunda görmüşdür.

Drakula romanı kinematoqrafiyada
1922 – Nosferatu: Qorxunun simfoniyası, (Almaniya)
1943 – Vampirin qayıdışı, (ABŞ)
1979 - Nosferatu: Gecə kabusu (Almaniya)
1980 – Drakulanın ölümü, (ABŞ)
2000 – Drakula, (ABŞ)
2004 – Van Helsinq, (ABŞ, baş rolda Hyu Cekman)


Tarix: 16.03.2013 / 13:08 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 553 Bölmə: Kitablar elm
loading...