Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Göyçə dərdi (kitab)

Kitabın redaktoru Araz Yaquboğlu, məsləhətçisi isə Qılman İmanlıdır.

Xalq arasında geniş şöhrət qazanmış el şairi Molla Əmirxanın “Göyçə dərdi” adlı bu kitabında dini inancları, yurd-yuva nisgilini ehtiva edən qoşmaları, gəraylıları toplanmışdır (cəmi 62 şeir).

Uzun bir sənət yolu keçmiş Molla Əmirxanın yaradıcılığı xalq yaradıcılığından mayalandığı üçün hesab edirik ki, elə xalqın özü tərəfindən də sevilə-sevilə mənəvi söz xəzinəsi kimi həmişə qorunub saxlanılacaqdır.

Hələ ötən əsrin 70-ci illərində dildə əzbər şairlərimiz Alqayıt və Sərraf Şiruyə ilə olan deyişmələri auidi kasetlərdə aşıqların ifasında oxuna-oxuna şeirsevərlərə mənəvi zövq bəxş etmişdir. Molla Əmirxan müasir Göyçə ədəbi məktəbinin tanınmış nümayəndələri İsmixan, Şiruyə, Alqayıt, Zəki İslam kimi şairlərlə bərabər el ədəbiyyatımızın qüdrətli qələm sahiblərindən sayılır. Buna əyani sübut kimi çoxdan çapa hazırlanan lakin 2012-ci ildə nəşr olunan “Göyçə dərdi” adlı kitabında gedən şeirlərini misal göstərmək olar. Şeirlərin hər biri, müdrik insan ömrünün zərif şəkildə qələmə alınmış poetik qeydləridir. Hansı misrasını çözələsək oradan telli sazın qüdrəti, Göyçənin mənzərəsi, adət-ənənəsi, başına gətirilən müsibətlər görünəcək.


Tarix: 14.03.2013 / 20:55 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 153 Bölmə: Kitablar elm
loading...