Yəqin ki, bütün kişilər qadınların geyimdə ayaqqabılara xüsusi önəm verdiklərinin fərqindədirlər. Bu mənada qadınları yaxşı başa düşmək olar. Çünki qadınlar kişinin ayaqqabısına baxmaqla onun həm zövqünü, həm həyat tərzindən, həm də səliqəsindən asanlıqla agah ola bilirlər.
Nələrə diqqət etməli?
Ayaqqabı seçərkən mütləq şəkildə keyfiyyətinə önəm vermək lazımdır. Bundan sonra onun rəngini və hansı geyimlə geyinəcəyinizi müəyyən etməlisiniz. Əgər almaq istədiyiniz ayaqqabı sizin qarderobdakı geyimlərlə uyğunluq təşkil edirsə, onda həmin ayaqqabını almağa dəyər.
Əgər qarderobunuzda geyimlərin çoxu idman üslubundadırsa, o zaman siz makasin tipli ayaqqabılara üstünlük verməlisiniz. Əgər işgüzar və ciddi bir ayaqqabı almaq fikrinə düşmüsünüzsə, onda yaxşı olar ki, təmiz dəridən olan ayaqqabılar alasınız. Zamşa materialından olan ayaqqabı o qədər də məsləhətli deyil. Çünki gündəlik geyimlərinizə bu tip ayaqqabı həm yaraşmayacaq, həm də sizi çox zövqsüz göstərəcək.
Tarix: 28.11.2014 / 13:00 Müəllif: Aziza Baxılıb: 80 Bölmə: Kişiler haqqında