Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zemfira Meftahətdinova

Zemfira Meftahətdinova (28 may 1963, Bakı, Azərbaycan SSR) — azərbaycanlı idmançı-atıcı (stend atıcılığı).

Həyatı

Zemfira Meftahətdinova 28 may 1963-cü ildə Bakı şəhərində andan olmuşdur.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmişdir.

2000-ci il Olimpiya oyunlarının qalibi, 2004-cü il Olimpiya oyunlarının bürünc mükafatçısı, 2008-ci il Olimpiya oyunlarının iştirakçısı (15-ci yer), 1986, 1987 və 1988-ci illərdə komanda hesabında Avropa çempionu, şəxsi hesabda 1986 və 1988-ci illərdə gümüş mükafatçı, 1987 və 1990 illərdə bürünc mükafatçı, 1986-cı il komanda hesabında dünya çempionatının gümüş mükafatçısı, 1986-cı il SSRİ çempionatının bürünc mükafatçısı olmuşdur.

Olimpiya oyunlarında
Sidneydə keçirilən 2000 - ci il Olimpiya oyunlarında Azərbaycanın stend atıcılığı üzrə yığma komandaslna ilk qızıl medalı qazandırmışdır.
Afinada keçirilən 2004 - cü il Olimpiya oyunlarında stend atıcılığı üzrə bürünc medal qazanmışdır.
Pekində keçirilən 2008 - cü il Olimpiya oyunlarında da iştirak etmişdir.

Azərbaycan poçtu tərəfindən buraxılmış poçt markası (2001). İdmançı ilə əlaqədar bu məqalə qaralama halındadır.


Tarix: 11.01.2013 / 14:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 424 Bölmə: Idmançılar
loading...