Vüqar Qasım oğlu Həşimov (24 iyul 1986, Bakı, Azərbaycan SSR) — Azərbaycan şahmatçısı, qrossmeyster (2002), şahmat üzrə üçqat Azərbaycan çempionu (1995, 1996, 1998).
Həyatı
Vüqar Həşimov FİDE-nin 2011-ci ilin mart ayına olan reytinq siyahısında Teymur Rəcəbovu bir pillə qabaqlayaraq 11-ci yerdə qərarlaşmışdır. 2002, 2004, 2006 və 2008-ci illərin Şahmat Olimpiadalarında Azərbaycan yığmasının tərkibində çıxış etmişdir. Azərbaycan Şahmat Federasiyası ilə arasında yaranmış münaqişəyə görə 2010-cu il Şahmat Olimpiadasında yığma komandanın heyətinə dəvət edilməmişdir.[1] 2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa Çempionu adını qazanmışdır. 2011-ci ilin yanvarında 1958-ci ildən İtaliyada müntəzəm olaraq keçirilən Recco-Emiliya şahmat turnirinin qalibi olmuşdur.[
Tarix: 11.01.2013 / 14:31 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 438 Bölmə: Idmançılar