Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Rəfael Ağayev

Rəfael Ağayev (d.4 mart, 1985, Sumqayıt) - Azərbaycanlı karateçi, üç dəfə dünya, yeddi dəfə Avropa çempionu.

Həyatı

Ağayev Rəfael Mahir öğlu 4 mart 1985-ci ildə Sumqayıt şəhərində anadan olub. atasının yolu ilə gedərək 7 yaşından futbolla, eyni zamanda ilk məşqçisi Rəfael Məmmədovun məktəbində karate ilə məşğul olmağa başlayıb. İlk məşqçisi onda karateyə qarşı böyük sevgi oyada bilmiş, ona ilk vərdiş və bacarıqları aşılamışdır. Belə vəziyyət bir neçə il davam edib. İlk milli yarışlarda iştirak etməklə o, diqqəti cəlb etmiş və Füzuli Musayevin rəhbərliyi altında respublikanın ən məşhur idman klublarından biri olan «Budokan»da məşq etməyə dəvət almışdı. Rəfael artıq ilk respublika çempionatında bütün rəqibləri üzərində inamlı qələbə qazanaraq Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun diqqətini cəlb edə bilmişdi. Y.Bəşirov onda böyük potensial və qeyri-adi döyüş taktikasının olduğunu yəqin etmişdi. Rəfaelin özü gərgin işgüzarlığı və qalibiyyət əzmi ilə seçilirdi, lakin ona beynəlxalq təcrübə lazım idi. O, beynəlxalq yarışlarda ilk dəfə olaraq milli yığma komandanın tərkibində 1997-ci ildə, Mişkolsda (Macarıstan) keçirilən açıq Dünya Kubokunda iştirak etmişdir. Təəssüf ki, ilk yarışlar ona uğur qazandırmamışdı, lakin artıq növbəti il o, İngiltərənin açıq çempionatının qalibi olmuş və bundan sonra demək olar ki, heç vaxt məğlub olmamışdır.

Təhsili

2003-cü ildə 21 №-li orta məktəbi bitirdikdən sonra Azərbaycanın Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının təkmübarizlik fakültəsinə daxil olmuş, «Güləşmə və onun metodikası» kafedrasının nəzdində karate üzrə məşqçi-müəllim ixtisası üzrə təhsil alaraq 2007-ci ildə oranı bitirmişdir.

Hərbi xidməti

2007-ci ildən 2008-ci ilə qədər respublikanın Ağcabədi rayonunun ərazisində hərbi xidmət keçmişdir.

Professional karyerası

Hərbi xidmətdən sonra perspektiv idmançı kimi Müdafiə Nazirliyinin idman klubuna keçirilmişdir.[1]

Uğurları

İdman nailiyyəti: Karate-Do üzrə Dünya (Almaniya-2002) və Avropa (Almaniya-1998; Yunanıstan-2002; Polşa-2003; Rusiya-2004; Yunanıstan-2005; İspaniya-2005; Türkiyə-2005) birincilikləri və çempionatlarının qalibi. I İslam Olimpiya Oyunlarının bürünc mükafatçısı (Ərəbistan-2005) Məşqçisi: Füzuli Musayev, Rafael Məmmədov


Tarix: 11.01.2013 / 14:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 667 Bölmə: Idmançılar
loading...