Rövşən Bayramov - yunan-Roma güləşçisi.
Həyatı
1987-ci il may ayının 7-də Bakıda dünyaya gəlib. 2008-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib.
Uşaqlıq yaşlarından idmanla, bilavasitə yunan-roma güləşi ilə məşğul olub. Gərgin məşqlər öz bəhrəsini vermiş, iki qat Avropa çempionu adını qazanmış, hərbçilər arasında dünya çempionatının qalibi olmuş, dünya çempionatının və 2008-ci il Pekin Olimpiya Oyunlarnın gümüş mükafatına layiq görülmüş, digər nüfuzlu yarışlarda Vətənimizin bayrağını yüksəklərə qaldırmaq üçün daim əlindən gələni etmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən idman sahəsində əldə etdiyi nəticələr yüksək qiymətləndirilərək "Tərəqqi" medalı ilə təltif edilmişdir.
Pəhləvan, 2008-ci ilin avqustunda 2008 Yay Olimpiya Oyunlarına lisenziyanı apreldə Finlandiyanın Tampere şəhərində keçirilmiş Avropa çempionatında qızıl medal qazanmaqla əldə etmişdir.
Şəxsi məşqçisi Azərbaycan Respublikasının əmakdar məşqçisi, Olimpiya kateqoriyalı Beynəlxalq dərəcəli hakim, idman ustası, polis mayoru Hicran Şərifovdur.
Yunan-Roma güləş növündə 55 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi Rövşən Bayramov final görüşündə İran güləşçisi Həmid Məhəmməd Soryan Reihanpour ilə görüşüb. Və ona məğlub olaraq gümüş medal qazanmışdır.[1]
Uğurları
Olimpiya Oyunları:
Gümüş medal (2) - 2008; 2012
Dünya çempionatı:
Bürünc medal (1) - 2009
Qızıl medal (1) - 2011
Avropa çempionatı:
Qızıl medal (2) -
FİLA tərəfindən ilin ən güclü yunan-Roma güləşçisi (1) - 2008
Tarix: 11.01.2013 / 14:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 476 Bölmə: Idmançılar