Elnur Məmmədli — Azərbaycan cüdoçusu.
Həyatı
Elnur Məmmədli 1986-cı il iyun ayının 29-da dünyaya gəlib. 2006-cı ildə cüdo üzrə Avropa çemponu, 2007-ci ildə Dünya Çempionatının gümüş mükafatçısı olub. 2008-ci ilin avqustunda Pekində keçirilən Olimpiya oyunlarında 73 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək olimpiya çempionu adına layiq görülüb.
2011-ci ilin yanvarında Bakıda keçirilən lisenziya xarakterli "World Masters" seriyası turnirinin qalibi olub. 81 kq çəki dərəcəsində güləşən Məmmədli həlledici görüşdə Leandro Quylheyro (Braziliya) üzərində ipponla qələbə qazanıb. 2011-ci ilin aprel ayında İstanbulda keçirilən Avropa çempionatında 81 kq çəki dərəcəsində ikiqat Avropa çempionu tituluna yiyələnib.
2009-cu ildə Polis Akademiyasına qəbul olub. Azərbaycan daxili işlər naziri, general-polkovnik Ramil Usubov Pekin Olimpiadasının qalibinə "polis baş leytenantı" rütbəsini və zabit poqonlarını təqdim edib.
Tarix: 11.01.2013 / 14:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 402 Bölmə: Idmançılar