Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Böyük Boss (film, 1971)

Böyük Boss - 1971-ci ildə Brüs Linin iştirakı ilə çəkilən Honq Konq filmidir.

Məzmun

Xəbərdarlıq: Yazının davamı, məqalənin məzmunu haqqında ətraflı məlumat ehtiva etməkdədir.

Çen (Brüs Li) kasıb, işsiz bir gəncdir. Dayısı ilə birlikdə Çində yerləşən Quandun vilayətindən Tailanda gəlir. Dostu çalışdığı buz fabrikində onada iş tapar və Çen işə başlayır. Fabrikdəki baş usta və onun adamları digər bütün çalışanlara pis davranmaqdadır. Bir gün çalışanlardan iki adam yoxa çıxır. Onları axtarıb tapmaq üçün çalışanlardan Çenin iki qardaşıda da Fabrika sahibinin böyük müdirinin Şa Minin evinə gedirlər və orada öldürülürlər. Arxa-arxaya gələn bu ölümlərdən sonra Çen şübhələnməyə başlayır. Bir gün müdir çalışanları işlətmək üçün Çeni usta təyin edir. Gecə vaxtı isə alkoqolun təsirilə Çeni aldatmaq istəyirlər. Bu zaman əxlaqsız qadınlardan biri ona bütün məlumatları danışır. Çen fabrikaya gizli olaraq girir. Fabrikada Çen ölmüş qardaşları və çalışdığı buz fabrikində çıxarılan böyük buz qəliblərinin içində narkotik paketlərinin olduğunu aşkar edir. Lakin bu zaman onu təqib etməyə başlayırlar. Çen onların hamısına qalib gəlir. Çen intiqam almaq üçün mafiya başçısına kimi gedir. Nəhayət, Çen "Böyük Boss" ilə vuruşmağa başlayır və qalib gələrək onu öldürür. Bu müddətdə ona hər şeyi danışan əxlaqsız qadın Çenin dostu Syuya bu haqda xəbər verir. Bu zaman polislər gəlirlər. Çen onlara müqavimət göstərmək istəyən zaman Syuy ona bunu etməməyini deyir. Çen polislərə təslim olur.

RollardaAktyorRol
Brüs LiÇen Çaoan
Mariya YiSyuy Tsyaomey
Han İntzeŞa Mi (Böyük Boss)
Ma La LeneXanım Vu Man
Nora Myaoyerli soyuq içkilər satıcısı
Ceyms TienSyuy Tsyaomeyin əmioğlusu


Tarix: 21.02.2013 / 20:04 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 408 Bölmə: Filimler
loading...