"Xaç atası-3" (ing. The Godfather: Part III) — rejissor Frensis Ford Koppolanın filmi.Mündəricat
1 Məzmun
2 Film haqqında
3 Filmin heyəti
3.1 Filmin üzərində işləyənlər
3.2 Rollarda
4 Həmçinin bax
Məzmun
"Xaç atası" trilogiyası bu filmlə başa çatır. Ötən seriyadakı hadisələrdən 20 il sonra Maykl Korleone qanuni bizneslə məşğul olmağa başlayır. Lakin klanın daxilində olan müqavimət onu artıq sınanmış qan üsullarına əl atmağa məcbur edir. Və bu faciəvi sonluqla bitir. Bunların hamısı Koppolanın əvvəlki iki seriyada olduğu kimi genişmiqyaslı, akademik, dinamik və eyni zamanda çox sadə elementləri idi.
1979-cu il. Maykl Korleone övladlarını Key Adamsa tapşırıb Nyu-Yorka gəlir. Maykl xeyriyyəçiliklə məşğul olduğuna görə Roma papası tərəfindən mükafatla təltif olunur. Mükafat təqdim olunan vaxt o, həmin yerə çoxdan bəri üzlərini görmədiyi arvadı və uşaqlarını dəvət edir. Onun yeganə oğlu Entoni (Toni) Korleone hüquqşünaslıq təhsili almaq istəmir. Onun yeganə istəyi musiqiçi olmaqdır. Toni, Fredonun ölümündə atasını bağışlamır və ailə işlərinə qarışmaq istəmir. Maykl Tonini rahat buraxır və ona Merinin (Toninin bacısı) təsir edə biləcəyini düşünür.
Mayklın qızı Meri atasına iltifat göstərərək onun Vito Korleone adına xeyriyyə fondunu idarə edir. O, mükafatın atasına təqdim edilməsi mərasimində yüngülxasiyyət qohumu, Santino Korleonenin oğlu Vinçenso (Vinni) Korleone ilə eşqbazlıq edir. Korleone ailəsinin Nyu-Yorkdakı keçmiş biznesinin rəhbəri Coui Zaza və Vinni arasında mübahisə yaranır. Özündən çıxmış Vinni, Zazanı satqın adlandırır, amma don Korleone bunu müzakirə etməkdən boyun qaçırır və bir kənara çəkilib hadisələrin gedişatını gözləyir. Vinni və jurnalist qız Qreys Hamilton gecəni birlikdə keçirirlər. Bu vaxt Coui Zazanın göndərdiyi iki quldur Vinniyə sui-qəsd təşkil edirlər. Lakin bu qəsd uğursuz alınır və Vinçenso özü onları öldürür. Maykl Korleone Vinnini özünə yaxınlaşdırır və o, hər yerdə Mayklın yanında olur. Eyni zamanda onun qızı Meri ilə eşqbazlığı davam etdirir.
Maykl həm də Vatikanda Tom Haqenin böyük oğlu Endrü Haqenin və Siciliya kasıblarına 100 milyon dollar verən arxiyepiskop Gildeyin işlərini yoluna qoyur. Gildey Vatikan bankına rəhbərlik etməyə başlayır, ancaq səriştəsi olmadığından 769 milyon dollar israfçılığa yol verir. Maykl ona səhmlərin "İmmobiliar" şirkəti ilə mübadiləsi olacağını deyir.
Korleone ailəsinin köhnə dostu olan Don Altobello digər kriminal ailələrlə Korleone ailəsi arasında vasitəçidir. Digər ailələr də "İmmobiliar"la olan sazişdə iştirak etmək istəyirlər. Lakin Maykl öz adını ucaltmaq üçün nələr çəkdiyini anlayır və digər ailələrin burada iştirakının olmasını istəmir. Çünki onlar sazişə daxil olsalar artıq "İmmobiliar"ın nöqsansız olmadığı üzə çıxa bilər. Maykl ailələri Atlantik-Sitiyə müzakirəyə çağırır.
Mayklın məsləhəti onun ümumi işlərdən çıxması və bütün pulların bölüşdürülməsi olur. Çoxları bu fikirlə razılaşsa da, Coui Zaza öz narazılığını bildirir, Mayklı düşməni adlandıraraq müzakirə otağını tərk edir. Don Altobello onu sakitləşdirmək üçün ardınca gedir. Bu vaxt müzakirə otağına basqın edilir. Məlum olur ki, qapılar da bağlanıb. Hamı çaşqınlıq içində qalsa da, Mayklla Vinçenso gizlənə bilirlər. Komissiyanın sağ qalan nümayəndələri Zazanın tərəfinə keçirlər.
Maykl Altobellonun satqınlığını başa düşür və bu vaxt onun şəkərli diabeti öz işini görməyə başlayır. O, komaya düşür. Vinni küçədəki qırğını yoluna qoyur və Coui Zazanı öldürür. Maykl onun bu hərəkətindən narazı qalır. O, Altobello ilə görüşündə Siciliyaya getməyi qərara alır. Maykl Siciliyada Korleone ailəsinin keçmiş dostu don Tommazino ilə görüşür. O, Maykla vuruşmada əsl günahkar kimi don Lukkezinin və lazım gələrsə müttəfiq ola biləcəyi kardinal Lambertonun adını deyir.
Meri ilə Vinninin eşqbazlığı dərinə gedir. Don Korleone qan qohumluğu əlaqələrinə görə qızından bu münasibətlərin bitməsini tələb edir. Maykl Korleone Vinniyə Meri ilə qaçmaq bəhanəsilə satqınlığı Altobellonun xeyrinə olaraq oynamağı tapşırır. Oyun baş tutur: Altobello Vinçensonu don Lukkeziyə təqdim edir. Danışıq və satqınlıq sübut olunur. Mayklın bacısı Konni Korleone Cinçensoya dəstək verir. Don Altobello Moska adlı qatili Mayklı öldürmək üçün hazırlayır. Moska don Tommazinonu öldürür.
Maykl kardinal Lamberto ilə görüşür və ona bildirir ki, Vatikan bankında fırıldaq olub. Elə bu günlərdə Siciliyada Pasxa bayramı vaxtı Palermoda Toni Korleonenin yaradıcılıq debütü baş tutur. Bütün ailə bunun şahidi olmaqdan ötrü Siciliyaya gəlir. Gələnlər arasında Key Adams da olur və Maykl ondan bütün olanlara görə üzr istəyir. Roma papası vəfat edir. Kardinal Lamberto yeni pontifik seçir. Bu vaxt arxiyepiskop Giley və don Lukkezinin maliyyə fırıldağı məsələsi üzə çıxır.
Don Tommazinonun qəbri başında Maykl Tanrıdan ruhunun təmizlənməsini istəyir. Onun məqsədi ailəsini kriminal aləmdən çıxarmaq və ömrünü adi adam kimi yaşamaq idi. Vinni Lukkezi, Altobello və Gildeyə qarşı müharibə başlamaq istəyir, lakin Maykl daha qan tökmək istəmədiyini bildirir. Vinçenso hakimiyyət istəyir və don Korleonedən göstəriş gözləyir. Onun əvəzinə Korleone ailəsinin başına keçməsi üçün Maykl Vinçensodan Merri ilə münasibətlərinə nöqtə qoymağı tələb edir. Bunu o, yalnız qızının gələcək təhlükəsizliyi üçün edir. Vinçenso hakimiyyət naminə məhəbbətindən keçəcəyinə hazır olduğunu bildirir. Artıq onun adı don Vinçenso Korleonedir – yeni xaç atası...
Açılış Toni Korleonenin iştirakı ilə opera premyerasında olur. Maykl "İmmobiliar"ın saziş işini tamamladığını bilir. Vinsent Meri ilə əlaqələrini kəsir. Konni Korleone don Altobelloya zəhər verir. Muzdlu qatil Maykla qəsd edir. Lakin atılan güllə operanın çıxışında Merini öldürür. Vinsent Moskanı öldürür. Beləcə, Mayklın əlaqəsi kriminal aləmdən tamamilə üzülür.
Çox illər sonra Maykl Korleone tək-tənha Siciliyadakı evində həyətdə oturmuş halda göstərilir. O, qızını və arvadını xatırlayır. Ölərkən Maykl kinotrilogiyanın bitməsinə işarə edən portağalı əlindən yerə salır...
Film haqqında
"Xaç atası" əsərində Mayklın 2 oğlu, filmində isə bir oğlu, bir qızı var.
Frensis Ford Koppola "Xaç atası"nın dördüncü hissəsini çəkmək istəyirdi. Onun fikrincə 4-cü hissədə baş rolları Endi Qarsia və Leonardo di Kaprio ifa etməli idi. Lakin kitabın müəllifinin ölümü ilə onun bu arzusu baş tutmur.
Filmin bütün xronometrajı 169 dəqiqə təşkil edir.
Filmdə rejissor Frensis Ford Koppolanın qızı Sofiya Koppola Maykl Korleonenin qızı rolunu ifa edir.
Endi Qarsia ilə birgə Vinsent roluna Alek Bolduin, Mett Dillon, Vinsent Spano, Vel Kilmer, Çarli Şin, Billi Zeyn, Nikolas Keyc kimi aktyorlar da çəkilə bilərdilər.
Robert De Niro bu layihədə iştirak etmək istəyirdi, lakin bunu götür-qoy edən Koppola razı olmur.
Filmin heyəti
Filmin üzərində işləyənlər
Ssenari müəllifləri : Mario Pyuzo, Frensis Ford Koppola
Rejissor : Frensis Ford Koppola
Operator : Qordon Uillis
Bəstəkar : Nino Rota, Karmin Koppola
Prodüser : Frensis Ford Koppola
Rollarda
Al Paçino – don Maykl Korleone
Endi Qarsia – Vinçenso (Vinni) Korleone
Dayan Kiton – Key Adams-Korleone
Talia Şayr – Konstansiya (Konni) Korleone
Sofiya Koppola – Meri Korleone
Frenk D'Ambrossio – Entoni (Toni) Korleone
Co Mantenya – Coui Zaza
Eli Vollax – Don Altobello
Donal Donelli – Gildey
Enso Robutti – Don Lisio Lukkezi
Raf Vallone – Kardinal Lamberto
Bricit Fonda – Qreys Hamilton
Riçard Brayt – Albert Neri
Corc Hemilton – B. Cey Harrison
Al Martino – Conni Fonteyn
Tarix: 20.02.2013 / 20:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 439 Bölmə: Filimler