Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Arşın mal alan (film, 1917)

Bu adın digər istifadə formaları üçün, bax: Arşın mal alan (dəqiqləşdirmə).ARŞIN MAL ALAN


Əsərin müəllifi:Üzeyir Hacıbəyov
Rejissor:Boris Svetlov
Operator:Qriqori Lemberq
Rollarda:Hüseynqulu Sarabski-Əsgər

Əhməd Ağdamski-Gülçöhrə

Ələkbər Hüseynzadə-Soltan Bəy

Yunis Nərimanov-Cahan Xala

Mirzəağa Əliyev-Süleyman

Aleksandra Olenskaya-Asya

Hənəfi Terequlov-Vəli

Yeva Olenskaya-Telli

Məmməd Əlili
Janr:Komediya
İlk baxış tarixi:3 Yanvar, 1917
Dil:Səssiz(titrlər azəricədir)
Ölkə: Azərbaycan
İstehsalçı qurum:"Filma" Səhmdar Cəmiyyəti
Filmin növü:Tammetrajlı Bədii Film
Rəng:Ağ-Qara
Texniki məlumatlar:7 hissə

35 mm
IMDb səhifəsi



1917-ci ildə çəkilmiş tammetrajlı bədii film.Mündəricat
1 Məzmun
2 Film haqqında
3 Filmin heyəti
3.1 Filmin üzərində işləyənlər
3.2 Rollarda
4 Həmçinin bax
5 Xarici keçidlər


Məzmun
Filmin qəhrəmanı tacir Əsgər (Hüseynqulu Sarabski) ailə qurmaq üçün qızı əvvəlcədən görüb sevmək arzusu ilə yaşayır. Mühit, şərait, ən başlıcası isə adət buna yol vermir. Dostu Süleymanın (Mirzəağa Əliyev) məsləhəti ilə küçələri, evləri adi bir arşın malı satan kimi gəzəndə Soltan bəyin (Ələkbər Hüseynzadə) qızı Gülçöhrə (Əhməd Ağdamski) ilə rastlaşır. Gənclər ilk baxışdan bir-birilərini sevirlər. Müxtəlif maneələrə ,çətinliklərə baxmayaraq nəhayət onlar arzularına çatırlar.

Film haqqında
Film Üzeyir Hacıbəyovun eyniadlı operettası əsasında ekranlaşdırılmışdır.
Film ilk dəfə Bakıdakı "Forum" kinoteatrında nümayiş etdirilmişdir. Musiqiçilər salonda operettadan musiqi parçaları ifa edirdilər. Cabbar Qaryağdıoğlu və digər xanəndələr ariyalar oxuyurdular.
Filmin keyfiyyəti çox aşağı olduğu üçün Üzeyir Hacıbəyovun təkidi ilə yanvarın 8-də ekrandan çıxarılmış , lakin qaranlıq kadrlar, yararsız epizodlar kəsilib götürüldükdən sonra 4 hissəli yeni film kimi kinoteatrlarda şərq musiqi orkestrinin müşayiəti ilə təkrar göstərilmişdir. Güman var ki, bu dəfə G. Belyakov eyni filmi özününküləşdirmiş, sanki təkrar çəkilmiş kimi yenidən ekranlara çıxarmışdır. Bu dəfə filmin hər bir hissəsinin öz adı var idi : "Cavan Əsgər ilə Vəlinin macərası", "Gəlin Seçmək", "Arşın Mal Alan", "İkisi Axtardı, Dördü Evləndi".
Film Mirzəağa Əliyevin kinoda ilk işidir.

Filmin heyəti

Filmin üzərində işləyənlər
Əsərin Müəllifi : Üzeyir Hacıbəyov
Quruluşçu rejissor : Boris Svetlov
Quruluşçu operator : Qriqori Lemberq
Filmin direktoru : Hüseynqulu Sarabski

Rollarda
Hüseynqulu Sarabski-Əsgər
Əhməd Ağdamski-Gülçöhrə
Ələkbər Hüseynzadə-Soltan Bəy
Yunis Nərimanov-Cahan Xala
Mirzəağa Əliyev-Süleyman
Aleksandra Olenskaya-Asya
Hənəfi Terequlov-Vəli
Yeva Olenskaya-Telli
Məmməd Əlili


Tarix: 09.02.2013 / 14:46 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 355 Bölmə: Filimler
loading...