Məzmun
Filmdə II Dünya müharibəsi illərində müxtəlif millətlərdən olan adamların vətənpərvərliyindən və dostluğundan danışılır. Azərbaycanlı döyüşçü məzuniyyət vaxtı təsadüfən bir rus ailəsinə düşür. Bu ailənin üzvləri onu mehribanlıqla qarşılayırlar. Filmin qəhrəmanı ilə ev sahiblərinin qızı arasında məhəbbət hissləri yaranır. Qəhrəmanların söhbəti filmin əsas süjet xəttini təşkil edir.
Film haqqında
Film vahid süjet xətti ilə bir-birinə bağlı olan üç novelladan ibarətdir.
Bu filmin nümayişi 1953-cü ilə kimi qadağan olunmuşdur.
Film rəssam Mirzə Rəfiyevin kinoda ilk addımıdır. Sonradan quraşdırılmış səhnələrin rəssamı kimi fəaliyyət göstərmişdir.
Film bəstəkar Qara Qarayevin kinoda ilk işidir.
Film aktyor-müğənni Mirzə Babayevin kinoda ilk işidir.
Filmin heyəti
Filmin üzərində işləyənlər
Quruluşçu rejissor : Qriqori Aleksandrov, Rza Təhmasib, Mikayıl Mikayılov
Ssenari müəllifi : Lev Vaysenberq, Mir Cəlal, İosif Prut
Quruluşçu operator : Əlisəttar Atakişiyev, Əsgər İsmayılov, Timofey Lebeşev
Quruluşçu rəssam : Yuri Şvets
Bəstəkar : Qara Qarayev
Səs operatoru : İlya Ozerski
Rejissor assistenti : Qəmər Salamzadə, Zeynəb Kazımova, Hüseyn Seyidzadə
Bədii Rəhbər : Qriqori Aleksandrov
Rəssam assistenti : Mirzə Rəfiyev
Rollarda
Mərziyyə Davudova-Ana
Lyubov Orlova
Hökümə Qurbanova-Leyla
Kazım Ziya
Əlisəttar Məlikov
Oleq Jakov
O. Filippova
M. Jarikov
X. Məlikov
V. Şəripov
Mirzə Babayev
Tarix: 11.02.2013 / 19:56 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 325 Bölmə: Filimler