Məzmun
Filmdəki hadisələr Sovet İttifaqı dağılandan sonrakı illərə təsadüf edir. Filmin qəhrəmanı əyalət teatrlarından birinin aktyorudur. Yaşadığı dövrün xaotik əhval-ruhiyyəsi onun xarakterinə, ruhi vəziyyətinə birbaşa təsir eləyib. Qəhrəman depressiya keçirir. Onun valideynləri də aktyor olub, uşaqlığı səhnədə keçib, səhnədə böyüyüb. Keçmişi çox yaxşı olub, amma indi düşdüyü mühit, təklik onu sıxır, psixoloji sarsıntı içindədir. O, həm də teatrdakı tərəf müqabili Leylanı sevir. Daha doğrusu, bir tamaşaçı olaraq biz deyirik ki, sevir. Əslində qəhrəmanımızın bütün hisslərinin xaotik olduğunu görürük. Təsəvvür edin ki, sevir, amma "sevirəm" deyə bilmir. Nifrət eləyir, nifrətini büruzə verə bilmir. Yalnız özü-özüylə danışır. Lakin elə bir an gəlir ki, "hər şeyə son qoymaq lazımdır" deyərək durub gedir.
Film haqqında
Filmdə Gəncə Kukla Teatrının aktyorları çəkiliblər.
Filmin çəkiliş texnikası İrandan gətirilib. Elə filmin aşkarlanması da İranda həyata keçirilir.
Filmin heyəti
Film üzərində işləyənlər
Ssenari müəllifi : İlqar Nəcəf
Quruluşçu rejissor : İlqar Nəcəf
Quruluşçu operator : Adil Abbasov
Quruluşçu rəssam : Əziz Məmmədov
Bəstəkar : Firudin Allahverdi
Rejissor : Çingiz Həsənov
Operator : Fərşid Əlizadə
Qrim rəssamı : Elbrus Vahidov
Səs rejissoru : Teymur Abdullayev
Səs operatoru : İlqar Kazımov
Montaj : Səbuhi Əhədov
Rejissor assistenti : Əlizamin Əzimov
Operator assistentləri : Ceyhun Quliyev, Elxan Rüstəmov
Prodüser assistenti : Elşən Bədəlov
Dekorator : İbrahim Əminov
Geyim üzrə assistent : Məlahət Əhmədova (II)
İşıqçılar : Emin Yəhyayev, Qabil Yəhyayev
Xüsusi çəkiliş texnikası : Aqil Həsənov, Qabil Yəhyayev
Kamançada ifa edən : Xəyyam Məmmədov (II)
Tar və bas tarda ifa edən : İlkin Həsənli (II)
Qanunda ifa edən : Səda Həsənova
Balabanda ifa edən : Fuad Ağayev (II)
Nağarada ifa edən : Mehran İsmayılzadə
Post-prodakşn üzrə koordinator : Məcid Fərdi Ənvər
İcraçı prodüserlər : Çingiz Həsənov, Vidadi Rüstəmov, Tərlan Babayev (II), Vüqar Nağıyev
Kreativ prodüser : Asif Rüstəmov
Prodüser : Əli İsa Cabbarov
Rollarda
Rasim Cəfərov – aktyor
Sevinc Həsənova – Leyla
Rövşən Almuradlı – rejissor
İqrar Salamov – sahə müvəkkili
Mahir Dərviş – birinci xuliqan
Oqtay Mehdiyev – ikinci xuliqan
Qurban İsmayılov – Leylanın atası
Xudayət Əsgərov – Leylanın atasının dostu
Amid Qasımov – aktyorun atası
Nigar Quliyeva – aktyorun anası
Sərxan Quliyev (II) – aktyorun uşaqlığı
Fərmail Paşayev – teatr truppasının aktyoru
Yaqut Xasıyeva – teatr truppasının aktyoru
Səməd Xanəhmədov – teatr truppasının aktyoru
Zülfiyyə Əliyeva – teatr truppasının aktyoru
Mahirə Nağdəliyeva – teatr truppasının aktyoru
Nahidə Namazova – teatr truppasının aktyoru
Elmar Vəliyev – teatr truppasının aktyoru
Nağəddin Məmmədov – teatr truppasının aktyoru
Çəkilişə köməklik edən qurumlar
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin kino şöbəsi
Gəncə İcra Hakimiyyəti
Gəncə Kukla Teatrı
Dövlət Yol Polisi
Çəkilişə kömək edənlər
Qüdrət Məmmədov (polkovnik-leytenant)
Etibar Əliyev (polis mayoru)
Tarix: 16.02.2013 / 20:02 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 449 Bölmə: Filimler