Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aramızda qalsın (teleserial, 2011)

Məzmun

Hər bir ailədə, ailə üzvlərinin arasında anlaşılmazlıq olur. Bu anlaşılmazlıqların danışılaraq, mədəni formada həll edilməsi, narazıçılıqların aradan qaldırılması və bu narazıçılıqların ailə üzvlərinin arasında qalmasını bir ailə serialında tamaşaçıya təqdim etmək layihənin əsas məqsədidir.

Serial həm yumor, həm də dramatik janrdadır. Gündəmdə, cəmiyyətdə, ailə daxilində, baş verən hadisələr əsasən Mehman və onun ailəsinin dilindən tamaşaçıya təqdim edilir. Baş obraz olan Mehman(Qurban Məsimov) nisbətən keçmiş adət-ənənələri mühafizə edən, rejimsiz yeyib içən, futbolu çox sevən bir obrazdır. Onun həyat yoldaşı Yeganə(Kamilə Babayeva) isə əksinə müasirliyin tərəfindədir və dieta saxlamağı xoşlayır. Bu üzdən də bu obrazlar arasında tez-tez mübahisələr düşür. Bəzən bu mübahisələr onların boşanmağına qədər də gətirib çıxara bilir. Lakin onlar danışaraq bu məsələləri həll edirlər. Bu cütlüyün müsbət cəhətlərindən biri də onların arasında baş verən münaqişələrdən övladlarının və çox zaman da heç kimin xəbər tutmamasıdır. Serialda Yeganə və Mehmanın orta məktəbdə oxuyan 10 yaşlı Firuz(Nadir Səfərov) adlı oğlu və 13 yaşlı Aysel(Cəmilə Məlikova) adlı qızı da hər zaman diqqət mərkəzindədir. Firuz çox ərköyün böyümüş, yaşına görə böyük düşünən, özünü atasına oxşadan, dərslərini yaxşı oxumayan və daima bacısı ilə yola getməyən bir obrazdır. Onun bacısı Aysel isə çox kövrək, tez inciyən, yaxşı oxuyan anası kimi müasirliyin tərəfdarı olan bir obrazdır.

Filmdə daimi olaraq altı məkandan istifadə olunur. Hadisələrin çoxu Mehman və Yeganənin yaşadığı evin qonaq otağında baş verir. Evdə eyni zamanda yataq otağı və uşaqların otağı da vardır. Uşaqların otağında uşaqların, yataq otağında isə Yeganə və Mehmanın gecə söhbətləri yer alacaqdır. Evdə olan sonuncu məkan isə mətbəxdir. Mətbəxdə bəzən səhər yeməkləri, bəzən qadınların söhbətləri və əsas da Mehman və Yeganənin hər kəsdən gizli söhbətləri olur.[1]

Serial üzərində işləyənlər

Rejissor: Rüfət Şahbazov (ilk 46 seriya) Ramin Nəbiyev
Aktyorlarla iş üzrə rejissor: Qurban Məsimli
Baş ssenarist: Valeh Əhmədov
Ssenari müəllifləri: Ənvər Abbasov, Azər Səlimli, Failə Nəbiyeva, Könül İsayeva, Kənan Yusifov, Könül Mayılova
Montaj rejisorları: Vidadi Əzizov, Elgün Xeyrullayev
Rejissor assistenti: Ədalət
Quruluşçu rəssam: Elnarə Qədirova
Dekorasiya üzrə quruluşçu rəssam: Xuraman Azəri
Quruluşçu operator: Rasim Vəliyev
Operator: Əhməd Barasov, Ramin Lətifov
Kran operatoru: Ramin Lətifov
Səs rejissorları: Pərvin Mirzəyev
Geyim üzrə menecer: Nailə Əliyeva
İnzibatçı: Azər Rzayev
Quruluşçu rəssam köməkçisi: Cəmilə Tağıyeva
Studiya rəhbərləri: Sənan Məmmədov
Bəstəkar: Vüqar Camalzadə
Sözlər: Sevinc Şirin
İfaçı: Aysel İbrahimova
Musiqiçilər: Aqşin Tariyeloğlu, Aydın Yəhyayev, Saleh Məmmədov
Qrim: Nərminə Novruzova, Qalib Mirzəliyev
Saç ustası: Pərvanə
İkinci rejissor: Əziz Şahbazov
Prodüser: Elnarə
Qrafik və dizaynerlər: Tural İsmayılov, Azər Kazımov, Nazim Şərbətov
Mətbəx: Məhruzə Allahverdiyeva
Arxiv: Süleyman Məmmədov, Müşfiq Cəlilov(Cəlalov), Həsrət Yusifov
Efir operatorları: Namiq Xəlilbəyli, Şahin Yusifov, Elçin Quliyev, Roman Osmanov, Murad Nəsibov
Kompüter mühəndisi: Rövşən Əkbərov
Təşəkkür: Faiq Ağamalıyev, Pərvanə Qorxmazqızı, Polad Mehbalıyev, Rafiq Qəribov, "Neftçi" PFK-nin Mətbuat və ictimaiyyətlə əlaqələr departamenti, "Flaqman" fan klubu, Ceyhun Rzayev

Rollarda

Kamilə Babayeva-Yeganə
Qurban Məsimov(Məsimli)-Mehman
Vəfa Rzayeva-Əfsanə
Azər Axşam-Aslan
Səidə Quliyeva-Dilbər
Əzizağa Əzizov-Əjdər
Cəmilə Məlikova-Aysel
Nadir Səfərov-Firuz
Tərlan Nur Yaşar-Cəsarət
Ülviyyə Əliyeva-Maral
Şahanə İsmayılova-Ceyla
Ramal Hüseynov-Kənan
Murad İsayev-Vüsal
Rüfət Nəzərov-Salman
Naibə Allahverdiyeva-Məlahət
Əjdər Həmidov-Sabir
Könül Nağıyeva-Ayan
Tural Ağayev-Şahin
Hüsniyyə Mürvətova-Gülnarə
Aysel İbrahimova-Sevinc
Sevinc Əlişova-Fidan


Tarix: 09.02.2013 / 14:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 550 Bölmə: Filimler
loading...