Məzmun
Lirik-psixoloji dram çox da böyük olmayan cənub şəhərlərindən birinin adamları, onların həyatı və əməyi haqqındadır. Burada hələ də insanların şüurunda keçmişin qalıqlarının kök salması, insanın mənəvi azadlığa necə böyük çətinliklə çıxması məsələləri ön plana çəkilmişdir.
Festivallar və mükafatlar
1)2000-ci ildə
Filmin quruluşçu rejissoru Eldar Quliyevə, ssenari müəllifi Rüstəm İbrahimbəyova, quruluşçu operatoru Rasim Ocaqova filmin ekranlara buraxılmasının 30 illiyi münasibətilə "Humay" Mükafatı verilmişdir.
Film haqqında
Film rejissor Eldar Quliyevin böyük kinoda ilk işidir.
Film yazıçı Rüstəm İbrahimbəyovun "9-cu Xrebtovı" povesti üzrə ekranlaşdırılmışdır və ssenaristin Azərbaycan kinosunda ilk işidir.
"Bir Cənub Şəhərində" filminin Azərbaycan kino tarixində novatorluğu – düşüncə tərzində, bədii-estetik formasında qabarıq görünür. "Film janrına görə komediya – daha dəqiq desək mənəviyyatın tragikomediyasıdır. Burada ekzotikanı axtarmaq düzgün deyil, bu hər şeydən əvvəl dəqiq göstərilən reallıq, ətrafa aydın müşahidəçilik, düşüncə ilə yanaşmaq qabiliyyətidir. Dəqiq ideyası, mənəviyyatı mövqedir" (Yuri Xanyutin).
Səfərəlinin basdırıldığı səhnədə milis işçisi Mustafa Muraddan 1 manat istəyir. Ancaq filmin M. Qorki adına kinostudiyada rus dilinə dublyaj edilmiş versiyasında dərman resepti istəyir. Hər halda sovet milis işçisinin vətəndaşdan pul istəməsi Moskvada qəbul edilməyib və ssenaridə dəyişiklik edilib.
Filmin azərbaycan dilində olan versiyasında finalda Muradın Tofiqi öldürüb-öldürmədiyi və ya yaraladığı müəmalı görünür. rus dilinə dublyaj edilmiş versiyasında finaldakı dialoqdan bəlli olur ki, Murad Tofiq nə öldürür, nə də yaralayır. Sadəcə onu milisə izahat yazmaq üçün çağırırlar.
Filmin heyəti
Film üzərində işləyənlər
Ssenari müəllifi : Rüstəm İbrahimbəyov
Quruluşçu rejissor : Eldar Quliyev
Quruluşçu operator : Rasim Ocaqov
Quruluşçu rəssam : Kamil Nəcəfzadə
Geyim rəssamı : Kamil Nəcəfzadə
Bəstəkar : Fərəc Qarayev
Səs operatoru : Vladimir Savin
Rejissor : S. Ələsgərov
Operator : V. Həsənov
Montaj edən : Tamara Nərimanbəyova
Qrim rəssamı : S. Pozdeyeva
Mahnıların Mətni : Mənsur Vəkilov
Redaktor : Y. Vəkilov, N. İbrahimova
Rejissor assistenti : R. Atakişiyev, Rafiq Dadaşov(R. Dadaşov kimi)
Operator assistenti : Ələsgər Ələkbərov (II)
Rəssam assistenti : N. Viçina, T. Məlikzadə
Filmin direktoru : Rimma Abdullayeva
Çalır : Rafiq Babayevin İdarəsilə Caz Ansamblı
Rollarda
Həsən Məmmədov-Murad
Eldəniz Zeynalov-Tofiq
Hacımurad Yegizarov-Cahangir
Məcid Dadaşov-Həsən
Natella Adıgözəlova-Rəna
Sadıq Hüseynov-Babaş
Süsən Məcidova-Mənsurə
Tatyana Xaritonova-Marina
Əsəd Məmmədov-Sabir
Yusif Vəliyev-Səfərəli
Sadıq Həsənzadə-Mustafa
Ofeliya Məmmədzadə-Ağabalanın arvadı
Nazim Ağayev-Məhəllə sakini
Kamil Məhərrəmov-Məhəllə sakini
Fazil Salayev-Fazil
Məmmədkamal Kazımov-Davud
Bilqeyis Ələsgərova-Səkinə
Almaz Əsgərova
Ramiz Məlikov-Vasif
Tələt Rəhmanov-Xəlilov
F. Sevastyanov
P. Qafqazlı
Boris Savçenko-Semyon
Bahadur Əliyev-Muradın iş yoldaşı
M. Cəfərov
N. Sostina
Ə. Əliyev
T. Cəfərov
Filmi səsləndirənlər
Hamlet Xanızadə-Xəlilov (Tələt Rəhmanov) (titrlərdə yoxdur)
Rafiq Əzimov-Sabir (A. Məmmədov) (titrlərdə yoxdur)
Həsənağa Turabov-Cahangir (Hacımurad Yegizarov) (titrlərdə yoxdur)
Əminə Yusifqızı-Rəna (Natella Adıgözəlova) (titrlərdə yoxdur)
Sadıq Hüseynov-Mustafa (Sadıq Həsənzadə) (titrlərdə yoxdur)
Ətayə Əliyeva-Mustafanın arvadı (titrlərdə yoxdur)
Süleyman Ələsgərov (II)-İbrahim (titrlərdə yoxdur)
Dadaş Kazımov-Çəkməçi (Məmmədkamal Kazımov) (titrlərdə yoxdur)
Tarix: 11.02.2013 / 20:01 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 407 Bölmə: Filimler