Zeytun yağlı sarma resepti
Tərkibi:
1 kq üzüm yarpağı
200 q.düyü
2 ədəd soğan
1-2 qaşıq tomat pastası
Cəfəri
Reyhan
Nanə
Kəklikotu
Qara istiot
Duz
Hazırlanması:
Soğanı xırda-xırda doğrayıb zeytun yağında qovururuq.
Düyünü, tomat pastasını və ədviyyatları əlavə edib qovurmağa davam edirik və ocağın üstündən götürürük.
Hazırlanmış içliyi Saville üzüm yarpaqlarına uzunsov şəkildə bükürük .
Qazana düzüb, üzərinə su tökərək bir az da yağ əlavə edirik və az odun üzərində bişməyə qoyuruq.
Nuş olsun!
Tarix: 25.11.2014 / 14:48 Müəllif: Aziza Baxılıb: 62 Bölmə: Dolmalar
loading...