Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

1984 | Corc Oruell

"1984″ roman-antiutopiyada Oruell dünya birliyinin mümkün gələcəyini hamının nifrət və qorxu ilə dolu, dözülməz fiziki və mənəvi əsarət içində olacağı ierarxik totalitar rejim şəklində təsvir etmişdir. Hakim və yeganə partiyanın üzvü olan Uinston Smit quruluşa olan nifrətini yazmaq üçün haradansa bir gündəlik əldə edir, ancaq hər addımın izlənildiyi, daim telekranın obyektivində göründüyü bir mühitdə öz fikrini bircə cümlə ilə belə yazmaq acı işgəncələrə və ölüm hökmünə bərabər bir şeydir. Oruell əsərin adını onu qələmə aldığı 1948-ci ilin son rəqəmlərini dəyişməklə vermişdir.

Corc Oruell, maraqlı və hikmətli sözlərƏsərdən seçilmiş hissələr

Müharibə - Sülhdür
Azadlıq - Köləlikdir
Cəhalət - Qüvvədir

İnformasiya, təhsil, asudə vaxt və mədəniyyətə baxan həqiqət nazirliyi; müharibə ilə məşğul olan sülh nazirliyi; əsayişi qoruyan məhəbbət nazirliyi və iqtisadiyyata cavabdeh olan rifah nazirliyi...

O, demək olar ki, bütün qadınları sevmirdi, xüsusilə də cavan və göyçəklərini.

Amma, yenə də, ola bilsin ki, üzündə ehkamlara inamsızlıq deyil, sadəcə ağıl yazılmışdı.

Bir anda onların ikimənalı baxışları toqquşdu - vəssalam. Lakin həyatı tənhalıqla kilidlənmiş adam üçün bunun özü də unudulmaz bir hadisə idi.

Kim keçmişi idarə etsə, gələcəyi də o idarə edəcək. Kim bügünü idarə etsə, keçmişi idarə edən o olacaq.

Onun zehni ikifikirlilik labirintində itmişdi. Bilərək bilməmək; Düşünülmüş yalanı söyləyərək öz düzgünlüyünə inanmaq; Bir-birlərini inkar etdiyini bilə-bilə iki əks fikri qəbul etmək və hər ikisinə əmin olmaq; Məntiqlə məntiqi öldürmək; Əxlaqı elan edərək rədd etmək; Demokratiyanın mümkün olmadığını və partiyanın demokratiya qoruyucusu olduğunu hesab etmək; Nəyi unutmalı olduğunu unutmaq və lazım olanda yenidən yada salmaq, sonra dərhal unutmaq və ən əsası, bu prosesi prosesin özünə tətbiq etmək. İncəlik də elə bundadır: Şüurlu olaraq şüuru üstələmək və bununla belə özünühipnoz etdiyini bilməmək. Hətta "ikifikirlilik" sözünun özünü də ikifikirliliyin köməyi olmadan anlaya bilməzsən.

Günbəgün və hətta dəqiqədə bir keçmiş indikinə görə uyğunlaşdırılırdı.

Statistika öz ilkin halında da dəyişdirilmiş halında olduğu kimi uydurmadan başqa bir şey deyil.

Bir şey bəllidir: hər rüb kağızda astronomik sayda ayaqqabı istehsal edilir, halbuki Okeaniya əhalisinin yarısı ayaqyalın gəzir.

Və haradasa, naməlum bir yerdə, keçmişin bir hissəsini saxlamaq, o biri hissəsini saxtalaşdırmaq və üçüncü hissəni isə yerli-dibli məhv etmək lazım olduğuna qərar verən, siyasi xətti cızan idarəçi beyin anonim şəkildə mövcud idi.

Onda nəsə çatışmır: ehtiyatlılıq, biganəlik, hansısa xilasedici axmaqlıq.

O, danışılması lazım olmayan şeylər haqqında danışırdı, həddindən çox kitab oxumuşdu.

"Bizim yeni xoşbəxt həyatımız" sözləri bir neçə dəfə təkrar olundu.

Telekran dayanmadan əfsanəvi statistika püskürürdü. Əvvəlki il ilə müqayisədə daha çox ərzaq, daha çox geyim, daha çox ev, daha çox mebel, daha çox qazan, daha çox yanacaq, daha çox gəmi, daha çox vertolyot, daha çox kitab, daha çox körpə olmuşdu - xəstəlik, cinayət və dəlilikdən başqa hər şey çoxalmışdı.

Özünü tanıyandan bəri, ərzaq heç vaxt çox olmamışdı, heç vaxt bütöv corabı və altpaltarı olmamışdı, mebel həmişə sınıq-sökük, otaqlar qızdırıcısız, metroda gediş - basa-bas, evlər - rəngləri solmuş, çörək - qara, qəhvə - iyrənc, çay - nadir hallarda, siqaretlər - say hesabı olardı.

Axı könüllü cəsus elə ən təhlükəlisidir.

Nigahda ancaq bir məqsəd görürdülər: dövlət qulluğu üçün uşaq doğmaq.

Şüuru ona istisnaların mövcud olduğunu deyirdi, ancaq ürəyi inanmaq istəmirdi.

Onlar dərk etməyincə heç vaxt üsyan etməyəcəklər, üsyan etməyincə isə dərk etməyəcəklər.

Ola bilsin ki, tarixi kitablardakı hər bir söz - hətta açıq-aşkar qəbul etdiyin sözlər də xalis uydurmadır.

O, dəfələrlə olduğu kimi özünün dəli olmasının mümkünlüyü haqda düşündü. Bəlkə elə azlıqda, tək sayda olandır dəli. Amma dəlilik fikri onu çox da narahat etmirdi: dəhşət olardı ki, üstəlik səhv düşünə.

Dünya möhkəmdir, onun qanunları dəyişməzdir. Daşlar bərkdir, su mayedir, dayaqsız cisim yerin mərkəzinə doğru yönəlir.

Azadlıq - iki vur ikinin dörd olduğunu söyləmək imkanının olmasındadır. Əgər buna izn verilirsə, qalan hər şey mümkündür.

Lotoreyanın işinə Uinstonun heç bir aidiyyatı yox idi. Onunla rifah nazirliyi məşğul olurdu. Amma o, bilirdi (partiyada hamı bilirdi) ki, uduşların çoxu xəyali idi. Həqiqətdə ancaq kiçik məbləğlər ödənilir, böyük uduşların sahibləri isə saxta şəxslər olurdu.

"Səni sevirəm" sözlərindən ömrünü uzatmaq istədi və indi ən kiçik risk də axmaqlıq kimi görünürdü.

Ancaq onu görə bilməsi çox çətin idi. Şaxmatda səni mat etdikləri zaman gediş etmək qədər çətin...

Təkcə iş rahatlıq gətirirdi - iş başında hərdən on dəqiqəliyə hər şeyi unutmaq olurdu.

Mənim qaydam - həmişə kütlə ilə bir qışqır.

Sənin simanda nə isə var idi. Risk etməyi qərara aldım. Yad adamları yaxşı tanıyıram. Səni görən kimi başa düşdüm ki, onlara qarşısan.

Əgər kiçik qaydalara riayət etsən, böyükləri pozmaq olar.

Adətən müharibə ilə maraqlanmayan prolların vaxtaşırı vətənpərvərlik damarı tuturdu. Və sanki döyüş ruhunu saxlamaq üçün raketlər həmişəkindən də çox adam qırmağa başladılar.

Hətta arzu qismində belə bu çarəsizlikdir.

Yenilməz instinkt onları asılmış vəzyiyyətdə, günbəgün, həftədən həftəyə gələcəksiz bugünlərini çəkib sürüməyə vadar edirdi. Hava tükənməyincə ağ ciyərlər növbəti nəfəsi özünə çəkdiyi kimi...

Kimisə sevəndə, sadəcə sevirsən və ona verəcəyin heç bir şey olmasa da, yenə də ona sevgini bəxş edirsən.

Əgər məni səni sevməməyə məcbur etsələr, bax bu əsl satqınlıq olacaq.

Səni hər hansı bir şeyi - istənilən bir şeyi deməyə məcbur edərlər, amma buna inanmağa məcbur edə bilməzlər.

Son nəticədə ierarxik cəmiyyət ancaq səfalət və cahillik üzərində qurulur.

Hətta bizi idarə edən dörd nazirliyin adlarında belə faktların həyasızcasına təhrif olunması var. Sühl nazirliyi müharibə ilə, həqiqət nazirliyi yalanla, məhəbbət nazirliyi işgəncələrlə məşğul olur, rifah nazirliyi isə acından öldürür. Belə ziddiyyətlər təsadüfi deyil və sadəcə ikiüzlülükdən irəli gəlmir: bu fəaliyyətdə olan ikifikirlilikdir. Zira yalnız ziddiyyətlərin vəhdəti hakimiyyəti uzun zaman saxlamağa imkan verir. Sonsuz dövrü başqa cür kəsmək olmaz. Əgər insan bərabərliyini həmişəlik mümkünküz etmək lazımdırsa, əgər yuxarılar (biz onları belə adlandırdırırıq) öz yerlərini həmişəlik saxlamaq istəyirlərsə, onda hakimiyyətdə olanların ruhi vəziyyətini dəlilik idarə etmiş olmalıdır.

Bir var həqiqət, bir də var yalan və əgər sən həqiqəti, bütün dünyaya qarşı olsan belə, üstün tutsan, dəli deyilsən.

Onu sevir və ona xəyanət etməyəcək; amma bu sadəcə fakt idi, hesab qaydası kimi məlum olan bir fakt.

Təsdiq rəsmiyyət, amma işgəncələr həqiqi idi.

Köhnəlmiş istibdadların hökmü "Etmə", totalitarların "Etməlisən" sözləri ilə başlayırdı. Bizim hökmümüz isə "Sən varsan" sözləri ilə başlayır.

Məni sizin düşüncə tərziniz cəlb edir. İkimiz də eyni tərzdə düşünürük, fərq bircə ondadır ki, siz dəlisiz.

Bəşəriyyət seçim qarşısındadır: azadlıq yoxsa xoşbəxtlik və böyük əksəriyyət üçün xoşbəxtlik daha üstündür.

Hakimiyyət vasitə deyil; Məqsəddir. Diktaturanın əsasını inqilabı qorumaq üçün qoymurlar; İnqilabı ona görə edirlər ki, diktaturanı qursunlar. Repressiyanın məqsədi repressiyadır. İşgəncənin məqsədi işgəncədir. Hakimiyyətin məqsədi hakimiyyətdir.

- Siz oxumusuz onu? - Uinston dedi.
- Mən onu yazmışam. Daha doğrusu, yazılmasında iştirak etmişəm. Bildiyiniz kimi, kitablar təkbaşına yazılmırlar.

- ... məni tezliklə güllələyəcəklər?
- Bəlkə də belə tez olmadı. Siz çətin halsınız. Amma inamınızı itirməyin. Əvvəl-axır hamı sağalır. Onda sizi də güllələcəyik.

Gerçək yalnız bir şeydir: ölüm onu gözləməyəndə gəlir.

O, şüuru ilə təslim olmuşdu, ancaq ürəyinin toxunulmazlığını qoruyub saxlamaq istəyirdi.

O, ilk dəfə dərk etdi ki, əgər sirri saxlamaq istəyirsənsə, onu özündən də gizlətməlisən.

Onlara nifrət edərək ölmək - azadlıq elə bunun özüdür.


Tarix: 10.12.2014 / 11:58 Müəllif: Aziza Baxılıb: 288 Bölmə: Dahilerin sözleri
loading...