Uğrunda qan tökülən torpağa VƏTƏN deyilir
Özünü vətəndaş zənn edən bir kəs
Vətənin dərdinə yad qala bilməz! (Nikolay Alekseyeviç Nekrasov:Rus şairi)
Həqiqi namuslu insan ailəsini özündən,vətənini ailəsindən,insanlığı isə Vətənindən uca tutmalıdır.(Jan Leron Dalamber:Fransız riyaziyyatçısı)
Öz Vətəninə mənsub olmayan insan bəçəriyyətə də mənsub deyil.(Vissarion Qriqoryeviç Belinski:Rus tənqidçisi və filosofu)
Vətən uğrunda ölüm həyatın davamıdır.(Cambul Cabayev:qazax şairi)
Vətən uğrunda qan,dostunuz uğrunda göz yaşı,ailəniz uğrunda tər tökün.(Atalar sözü)
Vətən borclu deyil,biz borcluyuq Vətənə.(Bəxtiyar Vahabzadə:Azərbaycan xalq şairi)
Vətən uğrunda ölüm qədər dadlı və şərəfli ölüm varmı? (Kvint Flakk Horatsi:Qədim Roma şairi)
Vətənə borcunu ödəmədən ölən insan bədbəxtdir.(Jozef Fletçer:Amerika yazıçısı)
Vətənində ölməyən insan iki dəfə ölər. (İsmayıl Həbib Sevük:Türk siyasətçisi)
Qılıncla alınan Vətən pulla satılmaz.( İkinci Əbdülhəmid:Osmanlı imperatoru)
Tarix: 10.12.2014 / 11:28 Müəllif: Aziza Baxılıb: 68 Bölmə: Dahilerin sözleri