Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zaman haqqında

Vaxt öldürmək ən bahalı əyləncədir. (Onore de Balzak:Fransız yazıçısı)
Dünənlə bu gün arasında savaş olarsa,sabahı itirərik. (Uinston Çörçill:İngiltərə dövlət,siyasi və xərbi xadimi)
Zaman bir daha gəlməmək şərti ilə gedir. (Lao Tszi:Çin mütəfəkkiri)
Boş zaman yoxdur,boş keçən zaman var. (Naməlum)
Zaman səssiz bir mişardır. (İmmanuil Kant:Alman filosofu)
Dünən tarixdir,sabah bilinməyəndir,bu gün isə hədiyyədir. (Franklin Ruzvelt:ABŞ-ın 32-ci prezidenti)
Ən ağır itkilərdən biri zaman itkisidir. (Corc Lui Buffon:Fransız təbiətşünası)
Dünənki günəşlə bugünkü paltarları qurutmaq olmaz. (Naməlum)
Zaman ən yaxşı müəllimdir,təəssüf ki,o öz şagirdlərini öldürür. (Hektor Berlioz:Fransız bəstəkarı)
Kainat bir beşik,zaman isə onun ipidir. ("Füyuzat" jurnalından)
Əgər həyatı sevirsənsə,zamanı öldürmə,çünki həyat zamana bağlıdır. (Bencamin Franklin:Amerika ictimai-siyasi xadimi)
İnsan zamanın jçində deyil,zaman insanın içində yaşayır. (Henri Berqson:Fransız filosofu)
Zaman nə çıxar,nə də bölər.Lakin elə bir şəkildə toplayar ki,vurma belə onun yanında heç qalar. (Bob Talbert:Amerika jurnalisti)
Bir həkimin bir saatda etdiyi bir əməliyyatı xəstə illərlə anladar. (Naməlum)
Zaman həyatın vicdanıdır;itirilmiş zaman adamı itirilmiş vicdandan daha çox təşvişə salmalıdır. (Yusif Vəzir Çəmənzəminli:Azərbaycan yazıçısı)
Təqvim özü də son payız çağında üşüm-üşüm üşüyən ağacdır:gündə bir sarı yarpaq salır. (Elçin Əfəndiyev:Azərbaycan yazıçısı)
Zaman üçün qüsur tapa bilərik,ancaq zaman danışarsa,utanmaq məcburiyyətində qalarıq. (Abdullah ibn Muhəmməd:İslam alimi)
Vaxtdan istifadə edə bilməyən adam həmişə onun yel kimi uçmasından gileylənir. (Jan Labrüer:Fransız yazıçısı və filosofu)
Vaxt-zaman bütün yaraları sağaldır. (Menandr:Qədim yunan dramaturqu və şairi)
Vaxtı itirməyin ən bariz nümunəsi telefon söhbətləridir. (Anri de Monterlan:Fransız yazıçısı)
Təxirə salmaq vaxtı oğurlamaqdır. (Tomas Yunq:İngilis fizioloqu və təbiətşünası)
Həyata yenidən başlasaydım,saniyələrin nəbzini tutardım. (Fyodor Mixayloviç Dostoyevski:Rus yazıçısı)
Zaman heç itmir,itən bizik. (Pol Klodel:Fransız şairi,dramaturqu və diplomatı)
Sevgililərim,bir şeyi unutmayın ki,Rəbbin gözündə bir gün min il,min il də bir gün kimidir. (İncil)


Tarix: 10.12.2014 / 11:53 Müəllif: Aziza Baxılıb: 198 Bölmə: Dahilerin sözleri
loading...