Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bir Həftədə Aktiv Seks

Bir Həftə Aktiv Seks
Partnyorunuzla cinsi əlaqənizi gücləndirmək, dərinləşdirmək ya da yalnız yataqda daha çox əylənmək istəyirsinizsə aşağıdakılara bir nəzər salın. Yalnız bir həftə boyunca hər gün edəcəyiniz sadə fəaliyyətlərlə seks həyatınıza yeni bir rəng və canlılıq qata bilərsiniz.


1-ci gün
Zehininizi boşaldın, sakitləşin. Bunun üçün mütləq yogaya getməniz lazım deyil. Bir neçə texnika öyrənməniz sizin üçün kafi olacaq. Əhəmiyyətli olan özünüzü sakitləşdirməniz, zehininizi boşalda bilməniz. Özünüzü rahatlaşdıra biləcəyiniz üsulları düşünün və tətbiq edin. Bir müddət səssiz bir mühitdə gözlərinizi bağlayıb yalnız səssizliyi və bədəninizi dinləməniz böyük fərq yaradacaq.


2-ci gün
Oyanın və seks edin. Yorğunluq, yuxu gicliyi, işə erkən getmə istəyini bəhanə olaraq istifadə etməyin. Mütəxəssislər günə sekslə başlamanın və səhər edilən ilk işin seks olmasının bədənə əhəmiyyətli faydaları olduğuna diqqəti çəkir. Sübhdən oyanmanız lazım deyil. Araşdırmalar cütlərin ən çox 7-13 dəqiqəlik seksdən zövq aldığını göstərir, unutmayın.


3-cü gün
Özünüzü təmin edin. Bəzi qadınlar masturbasyanı bir tabu olaraq görür ya da bundan utanır. Mütəxəssislər isə bunun son dərəcə təbii olduğuna diqqət çəkir. Klitorisdə 10 milyondan çox sinir qəbul edicisi olduğunu və tək funksiyalarının qadınların yaxşı hiss etməsinə köməkçi olduğunu bilirsinizmi?
Cinsi sağlamlıq mütəxəssisləri bəzi səhərlər duşda bir neçə dəqiqə çox keçirmənin faydasına toxunur.


4-cü gün
Ehtiraslı öpüşmələrə zaman ayırın. Cinsi sağlamlıq mütəxəssisləri uzun öpüşmələrin cinsi arzunu artırmasının yanında ruhi və fiziki faydalarına da diqqət çəkir.


5-ci gün
Nahar fasiləsində ya da işdən sonra idman salonuna gedin. Əgər nizamlaya bilirsinizsə partnyorunuzla gedin. İdman, kişilərin ereksiya problemlərinin aradan qaldırılmasına köməkçi olur.

Kanadada aparılan araşdırmada idman etməyən kişilərin, idman edənlərdən 40-60 % daha çox ereksiya problemi olduğnu ortaya qoyuldu.

Digər tərəfdən birlikdə məşq etmənin yoldaşların bir-birlərinə qarşı cazibədarlığını artırdığı və hərəkət qabiliyyətinin artması nəticəsi cinsi həyatın daha rəngli hala gəldiyi ifadə edilir.


6-cı gün
Yoldaşınızla bir-birinizə yataq hekayələri izah edin. Hətta erotik kitablar alıb ucadan bir-birinizə oxuyun. Zehnən seksə fokuslanmanız çox asanlaşacaq.


7-ci gün
Bir-birinizə toxunun. Masaj bunun ən asan yollarından biridir.


Tarix: 03.12.2012 / 20:57 Müəllif: [Ram] Baxılıb: 989 Bölmə: Cinsi Münasibətlər
loading...