Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bu hələ harasıdır

Orqazmla zarafat etmək olmaz. Bir az həyəcanlanan və ya soyuqlayan kimi səndən uzaq qaçır. Bəzən elə olur ki, həyat üzünə gülür, məzuniyyətinə də az qalır, amma intim həyatında zirvələri fəth edə bilmirsən. Budur, orqanizminin 11 gizli düşməni (bəzilərini isə özünə dost sayırdın)
Strinq və Korsetlər

Strinq və korset ilk baxışdan şəhvanı hisslər oyadır, arama onları viktorian stilində yumşaq pantalonla əvəz etsən yaxşı olar. Daha cazibədar görüntü əldə edə bilməsən də, seks-bomba olmaq şansın artar.

Bilirsən niyə? Çünki bədənmı tamamilə saran və sıxan alt paltarı qan dövranına mane ola bilər, ən pisi isə qan dövranının zəifləməsi nəticəsində ürək qapaqlarının ziyan görməsi ehtımalıdır. Cinsi orqanlar hələ intim əlaqənin əvvəlində qanla təchiz olunur, dar geyımdə isə damarlarda orqazm üçün lazımı təzyiq təmin olunmur. Ehtiraslanırsan, amma işi sona çatdıra bilmirsən.
Zəif Əzələlər

Əzələlərə müəyyən qədər gərginlik və yük lazımdır. Bunsuz onlar zəifləyir qocalır və həyat fəaliyyətini itirir. “Əzələlərdən söhbət açmışkən, vaginanın əzələləri də istisna deyil.

Fiziki fəallıq olmadıqda onlar zəifləyir və iş qabiliyyətini itirir. Axı orqazm əzələlərin yığılması deməkdır -professor Bəxtiyarov belə deyir. Bu mənada vumbildinq köməyinə gələ bilər, amma həftədə üç dəfədən az olmayan intim fəailiyyət də pis məşğələ deyil.
Qeyri-Mütəmadilik

Hər bir işdə olduğu kimi, seksdə də mütəmadilik işə yarayır. Əgər maşın sürməyi öyrənmək üçün altı ayda bir dəfə məşq etsən, çox güman ki, yaxşı sürməyı öyrənməyib, nəticədə də çox uzağa gedə bilməyəcəksən. Orqazm da elə haradasa buna bənzəyir. İntim həyatda yol verdiyin fasilələr əzələlərin elastikliyim azaldır, vəzlərin işini pozur və vaginal mayenin ifrazına əngəl törədir. Hələ üstəlık, getdikcə sənin üçün hansı pozanın seçilməsinin daha münasib olduğunu da unudursan.

“Ehtiraslandıqda, cinsi organlarda qan dövranı artır. Bu nahiyələrdə venoz damarların köməyi ilə təzyiq yüksəldir. Təzyiq zirvəyə çatdıqda venoz qapaqlar açılır, biz məhz buna “orgazm” deyirik”, – professor, ginekoloq Kamil Bəxtiyarov belə deyir.
Çox Yemək

Çox güman ki, Kazanova rəqiblərini aradan qaldırmaq üçün öz memuarlarında qəsdən yalan söyləyib. Ola bilməz ki, tərkibındə istı şokolad və digər yüksək kalorili məhsulları birləşdirən qida ehtiraslı gecə üçün yararlı olsun Axı həzm sistemi cinsi orqanların bütün gücünü əlindən almış olacaq.

“Maddələr mübadiləsi təkcə vaxt və güc tələb etmir, həmdə qan dövranını normal olmasına ehtiyac duyur”, – deyə həkım-terapevt Sergey Lebedev bildirır. Yemək üçün ərı ideal zaman intim əlaqədən 3-4 saat əvvəldir. Bununla belə qida nə çox yağlı, nə da acı olmalıdır”.
Cavanlıq

Bəlkə sən orqazm yaşamaq üçün kifayət qədər böyüməmisən? Statistikaya görə qadınların üçdə ikisi orqazmı ilk dəfə 30 yaşından və ya ilk uşaq dünyaya gələndən sonra his edir.

Bu, orqanizmin hormonal sistemi ilə bağlıdır. “20-25 yaşında hər kəsdə hormonal stabillik yaranmır. Sadə dillə desək, cavan qızlar cinsi həyat uçun lazım qədər hormon toplaya bilmir. İntım əlaqədən həzz alır, amma nəticə uçun, görünür, 5 il gözləməli olacaq”, – deyə professor Bəxtiyarov qeyd edir.
VDD

Xəstəlik kitabçanda vegetativ dama distoniyası yazılıb? Hər şeyin səbəbkarı da elə odur. Sergev Lebedev hesab edir ki:
vegetativ sinir pozğunluğu daxil tarazlığın başlıca səbəbidir.

O həm də optimal qan təzyiqini, ürək döyüntüsünün sürətini tənzimləyir və bədənin istiliyini təmin edir. Onun işində kiçik qüsurun olması kifayətdir ki, damarların (orqanizmin formalaşmasına təsir edən) fəaliyyəti pozulsun.
Nikotin

Qadın bədəni at orqanizmi kimidir. Bir damcı nikotin və salaməleyküm. Araşdırmalara görə, bir qutu siqaret hər on qadından birini anorqazmiyaya düçar edir.
Spirtli içki

Bir neçə qədəh kokteyldən sonra əsl seks mübtəlasına çevrilirsən? Belə də olmalıdır. Buna səbəb orqanizmdə spirtin parçalanması üçün cavabdeh olan qaraciyər fermentidir. O, həmçinin, cinsi hormonların fəaliyyətini artırır.

Tez bir zamanda kiminləsə gecə keçirmək istəyi artır. Amma əksi də ola bilər, yəni aktivlik azala bilər. Spirtli içki anesteziya kimi təsir göstərir. Bu zaman erogen hissələrdə həssaslıq azalır və orqazma çatmaq problemli olur.
Dərmanlar

İlk baxışdan zərərsiz görünən bir sıra dərmanlar intim həyatın pisləşməsinə səbəb ola bilər. Bunlara təzyiqi salmaq məqsədilə istifadə olunan dərmanlar, sakitləşdiricilər, antidepressantlar, ağrıkəsicilər və sidikqovucular aiddir.

Allergiya əleyhinə həblər və soyuqdəyməni aradan qaldırmaq üçün nəzərdə tutulan dərmanlar da xüsusi təhlükəyə malikdir, çünki onlar qana sovrulur və bütün orqanizmin selikli qişasına təsir edir”.
Yumşaq Ayıcıq

Yəqin, heç vaxt inanmazdın ki, intim problemlərinin səbəbkarı yatağın üstündə saxladığın balaca, şirin, toppuş Vinni Pux olabilər. Psixoanalitiklərinfikrincə,yataq otağındakı yumşaq oyuncaqlar intim həyatımız üçün əsl təhlükə mənbəyidir.

Yumşaq dostunu hər görəndə istər-istəməz uşaqlığına geri dönür, 5 yaşında olarkən etdiyin hərəkətləri təkrarlamağa meyillənirsən. Belə şəraitdə hansı orqazmdan danışmaq olar?
Buz Kimi ayaqlar

Bir az qəribə səslənsə də, bir neçə il öncə holland alimləri sübut ediblər ki, pəncə dərisində seksual həzzə cavab verən bəzi reseptor hüceyrələr var. Bu, pəncənin masajının niyə birbaşa erotika hesab olunduğunu elmi şəkildə izah edir. Böyük əziyyətlər naminə, alimlər sübut ediblər ki, qadın ayaqlarının temperaturu orqazmın gücünə təsir göstərir. Ayaqlarını isti saxlayaraq intim həyatmı da rəngləndirəcəksən. Ona görə də isti, yun corablarda sekslə məşğul olsan, daha tez zəfər əldə etmiş olacaq və seksdən həzz alacaqsan!


Tarix: 28.12.2012 / 13:55 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1543 Bölmə: Cinsi Münasibətlər
loading...