Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sadomazoxistin etirafı

Sadomazoxist qarşısındakı şəxsə acı çəkdirməkdən, ya əziyyət verməkdən həzz alan şəxsə deyilir. Sadizmin qarşılığı olan mazoxizm isə acı çəkməyi sevən, özünə acı verilməsini sevən, bir sözlə, əziyyətdən seksual zövq alma duyğusudur. Mazoxizm, ümumiyyətlə, döyülmə, təhqir edilmə, əl-qolunun bağlanması, işgəncə edilməylə seksual fantaziyaları özndə birləşdirən anlayışdır.

+

Mazoxizm ifadəsi psixiatr və nevroloq Rixard fon Kraft tərəfindən 1886-cı ildə yazıçı Leopold Zaxer-Mazoxun şərəfinə işlədilib. Sadizm sözünün mənbəyi isə fransız filosofu və sadist hekayələr yazarı Markiz de Saddan gəlir.

Bəs bu hallar hansı formalarda ortaya çıxır? Şəxsin sadomazoxist olması özünü hansı əlamətlərdə büruzə verir? Bu cür insanlar ətrafına zərər verə bilərmi?

Psixoloq Dəyanət Rzayev mövzu ilə bağlı ATV.az-a verdiyi açıqlamasında bildirib ki, sadistlər daha çox psixopatlar arasında olur. Mazoxistlər isə özünə əziyyət istəyən psixologiyaya sahibdirlər. Bu səbəbdən həmin tip insanlar özləri də bilmədən belə situasiyalara düşürlər. Bu hala uşaqlıqdan yaşanan travmatik situasiyalar da səbəb ola bilər.

Mazoxistlərin daha çox qadınlar arasında olduğunuı bildirən psixoloq deyir: “Uşaq yaşlarından valideyni tərəfindən əziyyət görən qadınlar ailə qurduqdan sonra da həyat yoldaşının şiddət tərkibli davranışlarını qəbul edir və özü də anlamadan mazoxist psixologiyaya düşür, bu haldan həzz alır”. Psixoloqun fikrincə, əgər insanın daxilində yoxdursa, +18 filmlərdə olan belə kadrlar insanı bu yöndə dəyişə bilməz: “İnsanın daxilində belə əlamətlər gizlənibsə, onda həmin filmlərin təsiri ilə sadomazoxizim ortaya çıxa bilər”.

“Kimisə əxlaqsızlıqda qınamağın özü əxlaqsızlıqdır”

Müsahibim Cənab X sadomazoxist psixologiyaya sahib birisidir. Lakin o bunun heç kimə zərəri olmadığını deyir.

- Cəmiyyətdə və şəxsi həyatda necə birisən?

- Asosial biri olduğum üçün bacardığım qədər cəmiyyətdən uzaq durmağa çalışıram. Özümü maksimalist və eksentrik biri hesab edirəm. Həyatdan maksimum götürə biləcəyimi əldə etmək yaşam devizlərimdən biridir desəm, yalan olmaz.

- Özünü sadist, ya mazoxist hesab edirsən?

- Özümü sadomazoxist hesab edirəm. Lakin daha çox dominant, sadist olmağı üstün tuturam. Düşünürəm ki, həm sadist, həm də mazoxist təbiətli biri özünü az da olsa, əks tərəf kimi hesab edir. Bu cəhətdən tam olaraq sadist, ya tam olaraq mazoxist ola bilməzsən. Lakin əksər sadomazoxist kişilər sadist və dominant təbiətli, əksər sadomazoxist qadınlar isə daha çox tabe olan və mazoxist olmağı sevirlər.

- Bunu özündə nə vaxt kəşf etdin?

- Uşaqlıqdan. Özümü anlayandan maraq dairəm normal uşaq maraqlarından çox kənara çıxırdı.

- Səncə bu cür olmaq, yəni sadomazoxistlik normaldı?

- Sadomazoxizm mənə görə anormallıq yox, seksə rəng qatmaqdır, onu daha dərin mənalı və yaşanan etməkdir. Estetika nədir? Hisslər haqqında elm. Amma cəmiyyət sözügedən hisslərin maksimum büruzəsinə estetika kimi yox, iyrənclik kimi yanaşır.

- Bu xüsusiyyətin cəmiyyət içində özünü büruzə vermir?

- Bunlar intim həyata aiddir. Sadomazoxizm seksual parafiliya hesab edilir. Yəni, sırf seksual həzz və seksual fantaziyalarla bağlı olan maraqlardır. Lakin mənim sadomazoxist olmağım nə ətrafımdakılara, nə də cəmiyyətə ziyan verir. Hətta onu da deyərdim ki, bu kimi seksual fantaziyalar yaşadığım qadınlardan başqa kimsə mənim bu cür təbiətli olduğumu bilmir. Heç təsəvvür belə etmir, bilsə də inanmaz.

- Bu özəlliyinə görə şəxsi həyatında problem yaşamırsan? Qadınlar səndən qaçmır?

- Qadınlar məndən qaçmır. Mən qadınlardan qaçıram desəm, daha doğru olar. Mən qadınların intim dünyasını xarici görünüşlərindən, davranışlarından, maraqlarından seçməyi bacarıram. Yəni, bir qadının geyimi, maraqları, oxuduğu kitablar, baxdığı filmlər, dinlədiyi mahnılar onun əslində, yataqda necə təbiətə malik olduğunun göstəricisi ola bilər. Bir növ, qadın psixologiyasına yaxşı bələdəm və flirt vasitəsi ilə qarşı tərəfi qısa zamanda özümə tabe edə bilirəm. Yəni, məhz bu məqsədlə yanaşdığım qadın bilir ki, psixoloji manupulyasiya edirəm, bunu özüm də ona etiraf edirəm, amma bu onun xoşuna gəlir və qısa zamanda tabeçi tərəfə çevrilir. Çünki həmin qadının arzuladığı məhz bu olur.

- Bəs bu nə dərəcədə əxlaqlıdır?

- Mən özümü əxlaqlı biri hesab etmirəm. Amma kimsə kimisə əxlaqsızlıqda qınaması özü əxlaqsızlıqdır. Yəni, əxlaq anlayışı fərdlərə, cəmiyyətlərə görə dəyişdiyi üçün konkret bir düşüncəni əxlaq etalonu hesab etmək özü elə ən böyük əxlaqsızlıqdır.

Natavan ABDULLA


Tarix: 04.04.2015 / 13:23 Müəllif: ADMIN Baxılıb: 476 Bölmə: Cinsel Xestelikler
loading...