Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zərərli Adətlər, Onların Profilaktikası

Tütün çəkmək, insanların özlərini könüllü şəkildə zəhərləmələri hələ qədim dövrlərdən bir çox xalqlar arasında yayılaraq möhkəmlənmiş, adət şəklini almışdır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə bütün dünyada kişilərin yarısı və qadınların 1/4 hissəsi könüllü surətdə nikotinlə özlərini zəhərləyirlər. Bu məsələdə iqtisadi cəhətdən inkişaf etmiş ölkələr ön cərgədədirlər. Keçmiş SSRİ Səhiyyə Nazirliyinin səhiyyə maarifi mərkəzinin məlumatlarına görə, müxtəlif respublikalarda kişilərin 56,9-75,7%-i və qadınların 26,6-49,1 %-i bu zərərli adətin əsiridirlər. Bu məlumat sevindirici deyil.

Avropaya tütünü birinci cinsi 15-ci əsrin sonunda Amerikadan X. Kolumb gətirmişdi. İlk dövrlərdə ondan yalnız dekorativ bitki kimi istifadə olunurdu. 16-cı əsrdə Fransanm Portuqaliyadakı səfiri J.Niko (buradan da “Nikotin” termini yaranıb) tütünü Fransa kralına müalicə vasitəsi kimi bağışladıqdan sonra tütün çəkmək orada sürətlə yayılaraq moda şəklin almışdı. Ondan həddən artıq istifadə olunması zəhərlənmələrlə nəticələndiyindən bir müddət tütün dövlət tərəfindən yasaq olunmuşdu. 17-ci əsrin əvvəllərində tütünü Rusiyaya gətirmişdilər. Lakin çar Mixail Romanov tütün çəkənləri çubuq və qamçı ilə cəzalandırırdı, daha sonralar 1649-cu ildə çar Aleksey Mixayloviç tütün çökməyi ümumiyyətlə qadağan etmişdi. Yalnız hollandiyada olduğu zaman tütün çəkməyə öyrənmiş 1 Pyotr Rusiyada tütün satmağa icazə verdi və bunun üçün dövlət vergisi müəyyənləşdirdi. Sonralar tütündən istifadə etmək adəti tədricən bütün Rusiyaya yayılaraq elə bir zərərli adət şəklini aldı ki, hazırda onunla mübarizə etmək çox çətin bir problemə çevrilmişdir.

Dövürdən və hazırlanmasından aslı olaraq tütünün tərkibində aşağıda qeyd olunan maddələr var: 1-4% nikotin, 2-20% sulu karbonlar, 5-17% üzvi turşular, 0,1-0,7% efır yağlan, 1-13% zülal. Tütün yandıqda onun tüstüsü ilə nikotin, anilin, his, akrolein, kanserogen maddələr (efir yağlan, sinil, sirkə) və qarışqa turşuları orqanizmə daxil olur. Tütünün tüstüsündə 2 minə qədər müxtəlif maddələr tapılmışdır ki, onlardan təqribən yüzü orqanizmə çox pis təsir edir; gec-tez müəyyən bir xəstəliyin əmələ gəlməsinə səbəb olur. Tütünün ən zərərli komponentlərindən biri. mərkəzi sinir sisteminə güclü mənfi təsir göstərən nikotindir. Dalbadal çəkilən 20-25 siqaretdən əmələ gələn 0,06-0,08 q nikotin insan üçün öldürücü miqdardır. Nikotin qan damarlarında, xüsusilə kiçik kapilyarlarda spazm (daralma) əmələ gətirərək çox ciddi xəstəliklərin yaranmasına səbəb olur. Ürək və beyin qan damarlarında belə vəziyyət ifliclə və hətta ölümlə nəticələnə bilər. Nikotinin bir damlası üç atı və ya bir fili öldürə bilər. Bəs nə üçün tütün çəkənlər o saat ölmürlər? Məsələ burasındadır ki, papiros çəkənlərdə öldürücü doza birdən-birə orqanizmə daxil olmur, bir də ki, nikotinin bir hissəsi tütünün tərkibindəki formaldehidlə birləşərək neytrallaşır. Bununla yanaşı qeyd etmək lazımdır ki, tütün insanın ömrünü qısaldır, müxtəlif xəstəliklərin əmələ gəlməsinə səbəb olur. Alimlər müəyyən etmişlər ki, çəkilən hər bir ədəd papiros həyatı 15 dəqiqə qısaldır. Bu isə insan ömrünün orta hesabla 8,3 il azalması deməkdir.

Hazırda bir sıra xəstəlikləri — ürəyin işemiya xəstəliyini, ağ ciyərlərin emfizemasını, xərçəngini, bronxial astmanı, mədənin və onikibarmaq bağırsağın xorasını, sinir sistemi xəstəliklərini, endarteritləri nikotinlə və tütünün tərkibindəki başqa zərərli maddələrlə əlaqələndirirlər. Miokard infarktı və onun əmələ gəlməsinə qədər olan stenokardiya papiros çəkənlərdə çəkməyənlərə nisbətən 2 cinsi, ürək-qan damar xəstəliklərindən baş verən qəfil ölüm isə 3 cinsi artıq olur. Ürəyin sesmik xəstəliyini keçirənlərin yoxlanmasında məlum olmuşdur ki, onların 75%-i papiros çəkənlərdir. Uzun müddət papiros çəkənlər çəkməyənlərə nisbətən 13 cinsi çox stenokardiya, 10 cinsi artıq mədə və onikibarmaq bağırsaq xorası xəstəliklərinə tutulurlar. Axırıncı. onilliklərdə ağciyər xərçəngi xəstəliyi sürətlə artır və bu papnros çəkənlərdə çəkməyənlərə nisbətən 20 cinsi artıq ; qeydə almır. Alimlər bunu tütünün tərkibində olan radioaktiv polonium, eləcə də qurğuşunun, bismutun, kaliumun radioaktiv izotoplannın, olması ilə izah edirlər. Tütün tüstüsü vasitəsilə ağciyərlərə, oradan da qana keçən radioaktiv maddələr müxtəlif orqanlarda toplanır. Məsələn, papiros çəkənlərin sidiyində polonium normadan 6 cinsi çox olur və təəccüblü deyil ki, papiros çəkənlərdə sidik kisəsinin xərçəng xəstəliyi nisbətən çox qeydə alınır.

Son illər həkimləri papiros çəkənlərlə bir binada olub zəhərli tüstü ilə nəfəs almağa məcbur olanların səhhəti narahat edir. Belələri passiv papiros çəkənlər adlanır və nikotinin zəhərli təsiri onlara həqiqi papiros çəkənlərdən daha çox olur. Yapon alimi Takssi Hnroyama göstərir ki, papiros çəkən kinYilərin papiros çəkməyən arvadlan bu zərərli adətdən daha çox, demək olar ki, 2 cinsi artıq xərçənglə xəstələnmək təhlükəsinə məruz qalır.

Papiros çəkmək adəti xüsusilə uşaqlar və yeniyetmələr üçün təhlükəlidir. Bu zaman boy artması, ümumi inkişaf, maddələr mübadiləsi, eşitmə, görmə zəifləyir. Papiros çəkən məktəbli uşaqlar adətən əqli qabiliyyətinə görə başqalarından geri qalır, pis oxuyur, intizamsız olarlar.

Ölkəmizdə aparılan tədqiqatlardan məlum olmuşdur ki, oğlanlardan 12-13 yaşında olanların 7%-i, 16 yaşında 40%-i papiros çəkir.
Tütünün tərkibində olan zəhərli maddələr kişilərdə cinsi zəiflik, qadınlarda cinsi əlaqəyə soyuqluq əmələ gətirə bilir və

eləcə də hər iki Cinsdə klimaks dövrünün daha tez başlanmasına səbəb olur. Papiros çəkən qadınlar tez solur, üzün cizgiləri kobudlaşır. dəri xoşa gəlməyən bozumtul rəng alır, səsi boğuq olur, dişlər saralır, bəzən qaramtıl rəng alır. Bu zərərli adət hamilə qadınlar üçün xüsusilə təhlükəlidir. Əkər qadın hamiləlik dövründə gündə 5-6 siqaret çəkirsə uşaq öz normal çəkisindən 200-250 q az doğulur. Belə uşaqlar həyatda tez-tez müxtəlif xəstəliklər keçirirlər.

Bu zərərli adəti neçə tərgitmək olar? Papiros çəkənlərdən 90%,-ə qədəri özləri bunun zərərini həqiqətən dərk etdikdə müstəqil şəkildə bu zərərli adəti tərgitə bilərlər. Belə şəxslərdə iradənin nə dərəcədə olması, papiros çəkməyin yalnız özü üçün deyil, həm də ətrafdakılar (ailə, uşaqlar) üçün də zərərli və təhlükəli olduğu aydınlaşdırıldıqda istənilən nəticə alınır. Əkər öz səyləri kifayət olmasa mütəxəssisin (psixiatr— narkoloq) və dərman preparatlarının köməyinə müraciət etmək lazımdır.

Tütün çəkməyi tərgitməyə kömək edən dərman müalicə üsulları da var. Xüsusi “konfetlər”, ağız yaxalamaları, papirosa qarşı ürəkbulanmaları əmələ gətirən apomorprin, smstin və başqaları göstərilə bilər. Lobssil və tabsks tabletləri inyeksiya yolu ilə tətbiq olunan lobslinin təsirini göstərir. Son vaxtlar papirosu tərgitmək üçün yeni bir vasitə (şmibazin saqqızı) hazırlanmışdır. Onun tərkibindəki anabazin qaraciyər tərəfindən neytrallaşmır və çox müsbət təsir göstərərək papirosu tərgitməyə şərait yaradır.
Son zamanlar səhiyyə orqanları tərəfindən aparılan səhiyyə maarifi işində nikotinə qarşı mübarizə məsələsi əsas yer tutur. Bəzi bölgələrdə tütün məhsullarının reklamı, uşaqlara, yeniyetmələrə papiros, siqaret satılması, ictimai yerlərdə (kino, teatr, klub və s), ictimai nəqliyyatda, ictimai işlə obyektlərində, tibbi idarələrdə paqiros çəkmək qadağandır. Ən yaxşı nəticə verən təsirli üsul papiros çəkənin öz iradəsinə arxayın olaraq: “Mən bu gündən daha papiros çəkmirəm” deməsidir. “Sərxoşluq və alkoholizm”. “Sərxoşluq” və “alkohol” anlayışları müxtəlif olsalar da spirtli içkilərdən sui-istifadə olunmasının bütün formalarını özlərində cəmləşdirir, insanın sağlamlığına, şüuruna, söhbətinə və ətrafdakılara münasibətinə mənfi təsir göstərir. Alkoholun hərdənbir və ya mütəmadi şəkildə qəbulu nəticəsində məişət sərxoşluğu meydana gəlir. Daha sonra isə alkoholun qəbul dozalan artır, sistem şəklində qəbul olunması, ondan sui-istifadə müxtəlif dərəcəli kəskin alkohol zəhərlənmələrinə səbəb olur. Algoholizm adət olmayıb, getdikcə şiddətlənən xəstəlikdir. Bu xəstəlik insan psixi və fiziki cəhətdən alkohola tabe edərək, ayrı-ayrı orqanların və nəticədə bütün orqanizmin fəaliyyətinin pozulması ilə özünü göstərir. Belə şəxslərdə davamlı sinir və psixika pozğunluqları şəxsiyyətin deqradasiyasına, ailədə və əmək kollektivində konflnktlərə gətirib çıxarır. Professor İ.V.Strelçukun məlumatlarına görə spirtli içkilər qəbul edən şəxslərin. 1-6%-i gec-tez alkohol düşkünü olur.

Alkoholizmin tibbi problemini iki böyük qrupa bölmək olar: alkoholdon sərxoş olma və alkoholdan sui-istifadə olunmasının nəticələri. Kəskin alkohol sərxoşluğu diqqəti, hadisələrə tənqidi baxımı, hərəkətlərin idarə olunmasını pozur, insana həqiqi şəraitə uyğunlaşmağa imkan verməyərək, yalnız onun öz sağlamlığı və həyatı üçün deyil, hətta ətrafdakılar üçün də təhlükə yaradır. Yüngül və orta dərəcəli sərxoşluq məişət və küçə travmalarının əsas səbəbləridir. Onun daha ağır dərəcəsi müxtəlif faciələrlə — yanğın, suda boğulmaq, donmaq və müxtəlif ağır cinayətlərlə nəticələnir.

Sərxoşluğun sosial nəticələri arasında birinci yerdə onun kriminogenlik (cinayətkarlıq) təhlükəsidir. Xuliqanlığın, şəxsiyyətə qarşı cinayətlərin əksəriyyəti sərxoşluq zamanı baş verir. Yol-nəqliyyat hadisələrində, qəza, və fəlakətlərdə sərxoşluğun rolu çox böyükdür: onların törənməsinin 60-90%-ində günahkarların və ya zərər çəkənlərin sərxoş olduqları aydınlaşdırılmışdır. Sərxoşluq əmək intizamının pozulması, keyfiyyətsiz və səmərəsiz iş (bəzən ətrafdakılar üçün təhlükə), məsuliyyətsizlik və qanunsuzluq törədir.
Alkoholizmin tibbi nəticələri dəhşətlidir: Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə ölümün səbəbi kimi yaman şişlərdən və ürək-qan damar sistemi xəstəliklərindən sonra alkoholizm üçüncü yeri tutur. həddindən çox içki içən şəxslər arasında ölümün miqdarı ümumi əhali arasındakı ölümün sayına nisbətən 2-4 cinsi çoxdur. Ölümün belə yüksək faizi yalnız travmalarla deyil, eyni zamanda alkoholizm nəticəsində zəifləmiş orqanizmin müxtəlif yoluxucu xəstəliklərə tutulması və zəifləmiş orqanizmin infeksiya ilə mübarizə edə bilməməsi ilə əlaqədardır. Alkoholizmlə xəstələnənlərin ölümündə alkohol psixozları, müxtəlif xroniki xəstəliklər, intihar, sərxoşluqla əlaqədar qəfil ölüm və s. əsas səbəblərdəndir. Alkoholizmin fonunda meydana çıxan müxtəlif xəstəliklərdən əlavə onun özünün xüsusi xəstəlikləri də vardır. Bunlardan qaraciyərin alkohol sirrozu, alkohol miokardiopatiyası (ürək əzələlərinin zədələnmələri), alkohol psixozu və, nəhayət, dəlilik dərəcəsinə çatdıran “ağ isitmə” göstərilə bilər. Vərəm və zöhrəvi xəstəliklər zamanı alkoholizm vəziyyətin daha da ağırlaşmasına səbəb olur. Alkoholizmə tutulmuş şəxslərin anadangəlmə eybəcər, epilepsiyalı, psixopat, səfeh uşaqlan olur.

Son illər bəzi səbəblərə görə alkoholizm qadınlar, gənclər, hətta yeniyetmələr arasında, eləcə də əhalikin əxlaq, din və milli xüsusiyyətlərinə görə alkohollu – içkilərdən istifadə etməyən təbəqələri arasında yayılmağa başlamışdır.
Alkoholun daxili sekresiya vəzilərinə, xüsusilə şəxsiyyət sisteminin vəzilərinə çox böyük mənfi təsiri olur. Bu, xüsusilə yeniyetmə yaşlarından içkiyə qurşananlarda özünü kəskin şəkildə göstərir.

İnsanlar qədimdən, hələ kenetika elmi, irsiyyət haqqında məlumatlar olmayan dövrlərdə içkiyə qurşananların nəslinin qeyri-normal olduğunu müşahidə etmişdilər. Alimlər isbat etmişlər ki, alkohol kişi və qadın döl hüceyrələrinə çox güclü

mənfi təsir göstərir. Alkohol hətta ana südü ilə uşağa mənfi təsir göstərir. Müxtəlif ölkələrin alimləri öz tədqiqatlarına əsaslanaraq bir sıra əsəb və psixiki xəstəliklərin, o cümlədən şizofreniyanın, epilepsiyanın və bir çox başqa xəstəliklərin geniş yayılmasını valideynlərin alkoholizmə qurşanmaları ilə izah edirlər.

Narkomaniya və toksikomaniya. Narkomaniya çox təhlükəli sosial bəladır. Uzun müddət narkotik maddələr (opium, morfin, həşiş, anaşa və s.) qəbul edib, onlara adət etmiş şəxslərdə narkomaniya xəstəliyi baş verir. Belə maddələri az miqdarda qəbul etdikdə həmin şəxslərdə eyforiya (nəşə) hissləri, böyük dozalarla qəbul etdikdə narkotik yuxu əmələ gətirir. Narkomaniya zamanı daxili üzvlərdə güclü nevroloji və psixi pozğunluqlar, şəxsiyyətin sosial deqradasiyası güclənir. Narkotik maddələrə adət etmiş şəxslərdə həmin maddələri qəbul etmək arzu-istəyi sonralar o qədər kəskin şəkildə meydana çıxır ki, onlar öz istəklərini həyata keçinmək, narkotik maddələr əldə etmək üçün hər cür cinayət törədə bilirlər.

Narkotik maddələrdən böyük dozalarla müntəzəm istifadə edənlərdə hallusinasiyalar, güclü səbəb pozğunluqları baş verir və bu vəziyyət mütəxəssislər tərəfindən toksikomaniya adlandırılır. Psixi və fiziki sağlamlıqlarını pozmaqla narkomanlar və toksikomanlar özlərinə, eləcə də əhatəsində olanlara və, deməli, bütün cəmiyyətə böyük zərər vururlar.

Narkotik maddələr dövlət orqanlarının xüsusi nəzarəti altındadır. Onların istehsal olunması, yayılması və istifadəsi üçün xüsusi nəşəxanaların təşkil olunması cinayət hesab olunur və belə şəxslər cəzalandırılırlar.

Əhaliyə narkoloji yardımın müasir sistemi. Narkolotiki yardımı əsasən narkoloji dispanserlər təşkil edir. Sahə psixiator-narkoloqu onun tabeliyində olan feldşer-narkoloq, ictimai narkopostlann üzvləri ilə birlikdə alkoholizmə və narkomaniyaya mübtəla olmuş şəxslərin aşkar edilməsi və ambulator müalicəyə cəlb olunmasını təşkil edirlər. Əkər ambulator müalicəsi kömək etməzsə, xəstə narkoloji və ya psixiatriya xəstəxanasının müvafiq şöbəsinə müalicəyə göndərilir.

Alkoholizmə tutulmuş xəstələrin müəyyən hissəsi müalicədən boyun qaçırır və ya müalicədən sonra əyyaşlığı davam etdirir, ictimai asayişi, əmək qanunlarını pozurlar. Belə şəxslər xalq məhkəmələrinin qərarı ilə xüsusi müalicə-əmək profilaktoriyalarına (MƏP) göndərilir.


Tarix: 19.11.2013 / 02:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 628 Bölmə: Cinsel Xestelikler
loading...