Həddindən artıq cib telefonu istifadəsinin kişilərdə sperma keyfiyyətini azalda bildiyi ifadə edildi. Həddindən artıq cib telefonuistifadəsi, sperma sayını və keyfiyyətini azaldır, anormal sperma nisbətini də artırır.
ABŞda sonsuzluq müalicəsi edən klinikalardakı 361 kişi üzərində edilən bir ön araşdırmada, cib telefonuyla həddindən artıq danışan kişilərin sperma ədədləri və keyfiyyətinin daha aşağı, anormal sperma nisbətininsə daha yüksək olduğu görüldü. “Fertility and Sterility” jurnalında nümayiş olunan araşdırma, cib telefonları və digər kabelsiz cihazların sağlamlıq üzərindəki mənfi təsiriylə əlaqədar başlardakı sualları bir dəfə daha gündəmə gətirdi.
GÜNDƏ 4 SAAT
Cib telefonlarının yaydığı elektromaqnetik enerjinin DNTə zərər verərək bədən toxumasını poza biləcəyi düşünülür. Araşdırmaya qatılan kişilərə cib telefonu istifadə etmə vərdişləri haqqında suallar soruşuldu. Bunun nəticəsində gündəlik cib telefonu istifadəsi nə qədər çoxsa sperma sayı və keyfiyyətində o qədər azalma olduğu görüldü. Gündə 4 saatdan çox cib telefonu istifadə etdiyini söyləyən kişilərin sperma sayının araşdırmaya qatılanlar arasında ən aşağı çıxdığı və çox az keyfiyyətli spermaya sahib olduğu təyin olundu.
Cleveland klinikasıdankı araşdırmanın başçısı Dr. Ashok Agarwal, “Əldə etdiyimiz nəticələndirər cib telefonu istifadəsiylə azalan sperma keyfiyyəti arasında güclü bir əlaqə olduğunu göstərir. Bununla birlikdə bir səbəb nəticə əlaqəsini sübut etmir” dedi.
Tarix: 19.11.2013 / 02:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 178 Bölmə: Cinsel Bilgiler