Kişi Şir – qadın Qoç
Bu bürclər arasında ümumi cəhətlər çox olduğundan məhəbbət tez yaranır. Lakin bu münasibət maraqlı bir oyuna bənzər. Belə ki, sərt, tez coşan qadın inadkar və təkəbbürlü ərin işini çətinləşdirir. Qadın sakit "qoyun”dursa, ər də çox məğrur deyilsə, bu ailədə məhəbbət mehribanlıq olacaq. Bundan başqa onları sənətkarlıq yaradıcılığı və uşaqların tərbiyəsi də birləşdirir.
Kişi Şir – qadın Buğa
İnadkar Buğa məğrur Şirin əsəbləri ilə oynasa da onları çox güclü ehtiras birləşdirir.
Kişi Şir – qadın Əkizlər
Münasib nigahdır. Qadın ərinə parlaq və maraqlı şəxsiyyət kimi baxır, kişi isə qadını ilə körpə uşaq kimi davranır. Bir-birinə hədsiz maraq onlar arasında dostluğa aparacaq ki, bu da nigahın ömrünü uzadacaq.
Kişi Şir – qadın Xərçəng
Münasib nigah deyil. Qarşılıqlı məhəbbət, maraq olsa belə Şir sirli Xərçəngin toruna düşməsə, bir – birinə güzəştə gedə bilsələr, bağışlamağı bacarsalar birgə yaşayış mümkündür.
Kişi Şir – qadın Şir
Bir qəfəs iki Şirə darlıq edəcək. Nigah o zaman mümkündür ki, Şirlərə xas səciyyəvi cəhətlər onlarda güclü olmasın. Bu izdivacdan ya çox ağıllı və istedadlı uşaqlar doğulur, ya da elə aşağı səviyyəli uşaqlar doğulur ki, hamını məyus edir.
Kişi Şir – qadın Qız
Dostluq və məhəbbətə əsaslanan bu nigahda qadının ehtiraslı olmaması Şiri narazı salacaq. Nazlı Tərəzi ehtiraslı Şiri özündən çıxaracaq. Nigah ər və arvadın birgə yaradıcılıq marağı olduqda mümkündür.
Kişi Şir - qadın Tərəzi
Olduqca münasib və arzuedilən nigahdır. Bu nigah şahanəliyin, şan - şöhrətin, sadəlik və sədaqətin nigahıdır.
Kişi Şir – qadın Əqrəb
Bu nugah elə də münasib sayılmır. Şir əsil kişidir. Əqrəb isə hipnozçudur. Güclü iradəyə malik Əqrəb qadınla qətiyyətli və coşqun Şirin münasibətləri hər zaman gərginlik yaradacaq.
Kişi Şir – qadın Oxatan
Təmizkar, səmimi və impulsiv qadın Oxatan Şirin ürəyincədir. Xasiyyət və temperament onları birləşdirir. Olduqca maraqlı nigahdır.
Kişi Şir – qadın Oğlaq
Dostluq və əməkdaşlıq bu nigahda olsa da nadir hallarda təsadüf edilir. Gözəl və ağıllı Oğlaq Şirin toruna düşsə, sonra onun yalançı vədləırinə etirazını bildirəndə qiyamət qopacaq...
Kişi Şir – qadın Dolça
Məsləhətli nigah deyil. Bir qədər yaxınlaşdıqdan sonra anlayacaqlar ki, hər ikisinin həyata və ailəyə baxışları müxtəlifdir. Kölgədə qalmağa , gözə çarpmamağa çalışan Dolçanı ərinin şöhrətpərəstliyi narazı salacaq. Hər ikisi yüksək mənəvi normalara əməl etməyi bacarsalar ailə həyatları davam edə bilər.
Kişi Şir – qadın Balıqlar
Belə nigaha Şirin coşqunluğu və ehtirası, Balığın isə həssas təbiəti mane olur. Cinsi həyatlarındakı uyuşmazlıq çətinlik törətsə də, Şirin planlarını uzaqgörən və tədbirli Balıqlar səbirlə həyata keçirəcək ki, bu da onların nigahlarını xilas edəcək.
Tarix: 24.11.2014 / 15:38 Müəllif: Aziza Baxılıb: 41 Bölmə: Burcler haqqinda çox şey