Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Pyotr Çaykovski

Pyotr İliç Çaykovski (rus. Пётр Ильич Чайкoвский, 7 may 1840-6 noyabr 1893) romantik dövr rus bəstəkarı.

Çaykovski musiqisi özünün nəzərəçarpacaq rus xalq musiqisi elementləri, zəngin harmoniyası və oynaq melodiyaları ilə seçilir. Bəstələdiyi əsərlərdə rus xalq musiqisi ənələri ilə yanaşı qərb musiqi elementlərindən böyük ustalıqla istifadə etmişdir.

Avtobiqrafı Entoni Holdenə görə Çaykovskidən öncə Rusiya musiqisində xalq melodiyaları və kilsə-kapella musiqisi istisna olmaqla milli musiqi ənənəsi yox dərəcəsində idi. 1913-cü ildə, ölümündən iyirmi il sonra İqor Stravinski "Bahar mərasimi"i ilə rus musiqisini XX əsrin dünya musiqi səhnəsinə daşıyır. XIX əsrin ortalarından öncəki rus musiqi sənəti ilə XX əsrdə dünya musiqi arenalarını fəth edən rus musiqisi arasında Çaykovski yeganə körpü rolunu oynamışdır.

Çaykovski dünya auditoriyasının qəlbini fəth etmiş ilk rus bəstəkarı kimi də Rusiya musiqi tarixinə düşmüşdür. Ondan öncə Mixayil Qlinka yalnız bir dəfə Parisdə konsert verə bilmişdir. Sonralar Çaykovskinin St. Peterburq konservatoriyasında müəllimi olacaq Anton Rubenşteyn də dünya musiqi səhnələrinin daimi "vətəndaşına" çevrilə bilən digər rus musiqiçisi olsa da, o bu nailliyətləri bəstəkar kimi deyil, yalnız virtuos pianoçu kimi əldə edə bilmişdir.

Moskva Konservatoriyasına Çaykovskinin adı verilmişdir.[1]

Əsərləri

Operaları
Voyevoda (1868)
Su pərisi (Undina) (1869)
Yevgeni Onegin (1878)
Orleanlı qız (1879)
Fərsiz (1883)
Çəkmələr (1885)
Cadugər(1887)
Qəliz qadın
İolanta (1891)

Baletləri
Qu gölü (1876)
Yatmış gözəl (1889)
Fındıq qıran(Şelkunçik)(1892)

Simfonik əsərləri
"Tufan" uverturası (1864)
Simfoniya No.1 "Qış xəyyaları" (1866)
"Tale" simfonik fantaziyası (1868)
Simfoniya No.2 (1872)
Fortepiona üçün (konsertlə birgə) Konsert No.1 (1875)
Simfoniya No.3 (1875)
"Françeska de Rimini" simfpnik fantaziyası (1876)
Rokoko müvzusunda variyasiya (konsertlə birgə violenç üçün) (1878)
Konsertlə birgə Skripka üçün konsert (1878)
Simfoniya No.4 (1878)
"1812-ci il" təntənəli üvertura (1880)
"Romeo və Culiyetta" üvertura-fantaziyası (1869, 1870, 1880)
Orkestrlə birgə fortepiano üçün Konsert No.2 (1880)
"Manfred" simfoniyası (1885)
"Pezo kapriçiosu" (1887)
Simfoniya No.5 (1880)
Orkestrlə birgə fortepiano üçün Konsert No.3 (1893)
Simfoniya No.6 (1893)

Fortepiano üçün əsərləri
"Fəsillər" Op.37b, 12 xarakterik musiqi lövhələri (1876)
Uşaq albomu Op.39, 24 yüngül pyeslər (1878)
18 pyes, Op.72 (1892)

Orkestr üçün bəzi əsərləri
Slavyan marşı (1876)
Könüllülər donanmasının marşı (1878)


Tarix: 27.01.2013 / 15:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 370 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...