Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Madonna

Madonna (ing. Madonna Louise Veronica Ciccone; 16 avqust 1958, Miçiqan, ABŞ) — "Pop Kraliçası" ləqəbli Amerikan müğənnisi, akrisa, rejissor, bəstəkar, rəqqasə, modelyer və prodüser, yazıçı.Mündəricat
1 Yaradıcılığı
2 Diskoqrafiya
3 Filmoqrafiya
4 Şəkilləri
5 Mükafat və nailiyyətləri
5.1 Xarici keçidlər


Yaradıcılığı

Vizzellinin araşdırmasına görə tarixdə həm müğənnilər həmdə insanlar üzərində ən çox təsir buraxmış qadın müğənni hesab olunur. Madonna, 300 milyon üzərində albom satışı bir əldə edərək tarixdə ən çox satmış qadın müğənni hesab olunduğu kimi, onun albomlarından 4-ü tarixdə ən çox satmış albomlar arasındadır.Müğənni hələ ilk albomundan 5 ulduz qazanmış nadir pop ulduzlarındandır. Madonna 20-ci əsrin 25 nüfuzlu qadını siyahısına daxil edilmiş yeganə qadın müğənnidir. Madonna Guiness Rekordlar Kitabında dünya tarixindəki "ən müvəfəqiyyətli qadın müğənni" adı ilə düşmüşdür.Madonna, Slant jurnalı tərəfindən tarixdə ən çox yaxşı klip çekmiş müğənni hesab olunur. Ən bahalı videoklipler siyahısında Madonnnın "die another day" klipi(2002-ci il) 6 milyon dollarla 2-ci yerde, "express yourself","bedtime stores" hərəsi ayrılıqda 5 milyon dollarla 3,4-cü yerde dayanır.Tarixdəki ən müvəfəqiyyətli konsert turnesi də Madonnaya aiddir.2008-ci ildə Hard Candy albomunu dəstəkləyən Sticy & Sweet adlı dünya konsert turnesi zamanı 280 mln dollarlıq bilet satışı əldə edən Madonna , 2009 -cu ildə eyni adlı turnesi ilə 408 mln dollar qazanaraq öz rekordunu yenilədi. Guinness Rekordlar kitabı 2006-cı ildə onu ən çox qazanan qadın sənətçi kimi qiymətləndirdi. Mahnılarında müxtəlif mövzülara toxunması, tez-tez fərqli stillərdən istifadə etməsi, yaradıcı ve yenilikçi olması onun digərlərindən ən çox fərqləndirən xüsüsiyyətlərdir.

Madonna, Dünya Musiqi Mükafatlarında Yaşayan əfsanə mükafatına layiq görülmüşdür. O, həmçinin öz yazıçılığına, siyasi görüşlərinə, xeyriyyə işlərinə görə də diqqət cəlb edir. O müasir ulduzlardan Britni Spirs, Nelli Furtado, Şakira, Qven Stefani, Kristina Agilera, Lady GaGa Keti Perri kimi məşhurların üzərində təsir buraxmışdır.

Amerikan tarixində ən çox Top 10 hiti olan qadın müğənni olduğu kimi, ilk həftəsində ən çox ölkədə Top 10-dan giriş edən mahnı da Madonnaya aiddir. Madonnanın "Papa Don't Preach", "Vogue", "Like a Prayer", "La Isla Bonita", "Like a Virgin", "Hung Up", "Ray of Light", "Frozen", "Die Another Day", "Music", "4 minutes" bu kimi mahnıları məşhur top listələrdə nömrə bir səviyyəsinədək yüksəlmişdi. 'Hung up' 2005-ci ildə satışa çıxan zaman 45 ölkədə nömrə 1 olaraq ,Rekordlar kitabına daxil olmuşdu. MTV-nin yaranması ve musiqi kliplərinin inkişafında Madonna, Maykl Cekson və Corc Maykl ilə birlikdə ən çox təsiri deymiş müğənnilərdən biridir.Otuz illik sənət karyerasında 9 Grammy, 2 Qızıl Qlobus,24 MTV Video Music Awards,30 Billboard və başqa mükafatlar əldə edib.Billboard 2010-cu ildə Madonnanı ən bacarıqli solo sənətçi elan edib. UK albom çartında ən çox nömrə 1 səviyyəsinə yüksəlmiş alboma malik olan (12 albom) müğənni Madonnadır.Britaniya mətbuatı 2010-cu ildə son 10 ilin ən populyar sənətçiləri siyahısında Madonnanı birinci yerdə göstərib.Həmən siyahıda ilk onluqda Madonnadan başqa tək solo ifa edən başqa qadın sənətçilər yer tapmayıb.Dövri olaraq çıxan Forbes Jurnalının 'ən təsirli insanlar' siyahısında Madonnanın adı dəfələrlə göstərilib.2012-ci ilde VH1 Music Madonnani '100 en guclu qadin mugenni' siyahisinda 1-ci yerde gosterdi.2012 yanvar ayinda Madonna 'best original song' nominasiyasinda qalib gelerek (masterpiece) , sayca 2-ci Golden Globes'i qazandi , həmin ilin əvvəlində Madonna ,'Super Bowl Halftime Show' performansı gerçəkləşdirdi və şounu rekord sayda tamaşaçı ( 114 milyon ) izlədi.Mart,2012 tarixində Madonnanın 12-ci studiya albomu olan MDNA işıq üzü gördü və albom ilk həftədə Amerika ve Britaniya (Elvis Presli yi keçərək, UK albom çartında rekord sayda - 12 nömrə 1 alboma malik olan solo sənətçi oldu ) satış listələri başda olmaqla bir çox olkədə 1 nömrəyə yüksəldi. 31 may, 2012 tarixində Madonna "MDNA " dünya turnesinə start verdi.

Diskoqrafiya
1983: Madonna 10 mln nüsxə
1984: Like a Virgin (Madonna albom) 21 mln nüsxə
1986: True Blue 26 mln nüsxə
1989: Like a Prayer (Madonna albom) 14 mln nüsxə
1990: "Immaculate Collection 30 mln nüsxə
1992: Erotica 5 mln nüsxə
1994: Bedtime Stories 7 mln nüsxə
1994: "Something To Remember" 8 mln nüsxə
1995: "Evita" 8 mln nüsxə
1998: Ray of Light (Madonna albom) 17 mln nüsxə
2000: Music 15 mln nüsxə
2003: American Life (Madonna albom) 7 mln nüsxə
2005: Confessions on a Dance Floor (Madonna albom) 12 mln nüsxə
2008: Hard Candy 4.5 mln nüsxə
2009: " Celebration" 2 mln nüsxə
2012: " MDNA "

Filmoqrafiya
1990: Dik Treysi


Tarix: 26.01.2013 / 13:37 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 632 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...