Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zamiq Hüseynov

Hüseynov Zamiq Əsgər oğlu - Azərbaycanda populyar müğənni, "Sən necə də gözəlsən", "Uçduq" və s. hitlərin müəllifi.

Həyatı

Zamiq Hüseynov 26 oktyabr 1983-cü ildə Füzuli şəhərində dünyaya göz açıb. 1987-ci ildən ailəsi ilə birgə Bakı şəhərinə köçüb. 1990-cı ildə 53 saylı orta məktəbdə təhsilə başlayıb. 2001-ci ildə orta təhsilini bitirib. 2001-2004-cü illərdə Asəf Zeynallı adına Musiqi texnikumunda xanəndəlik sinfində Zabit Nəbizadədəm dərs alıb. Bundab sonra onun ilk mahnısı "Dəymərəm Qəlbinə" çıxıb. Zamiq ilk dəfə olaraq 2004-cü ildə Azərbaycan Televiziyasının verilişində efirə çıxıb. Onun ilk albomu olan "Uçduq" Zamiqi çox populyarlaşdırıb. Albomun ən uğurlu mahnısı eyniadlı trek oldu. "Uçduq" mahnısına klip də çəkildi. Bundan sonra Zamiqin uğuru davam etdi. 2008-ci ildə çıxan "Sən necə də gözələsən" mahnısı Azərbaycan çartlarında birinci yerləri tutdu. Bundan sonra Zamiqin daha bir neçə uğurlu mahnısı çıxdı. 2011-ci ildə Zamiq Çingiz Mustafayev ilə mahnı yazdırır və bu mahnıya klip çəkilir. Hal-hazırda Zamiq Azərbaycanın ən populyar kişi müğənnilərindən biridir.

Şəxsi həyatı

Zamiq Hüseynov 14 dekabr 2009-cu ildə Nigar Hüseynova ilə ailə həyatı qurub. Lakin onların ailə həyatı uzun sürməyib və bir neçə aydan sonra onlar boşanıblar. Hazırda Zamiq subaydı.

Zamiq Heseynovun avtomobili Range Rover markalıdır. Ayaqqabı ölşüsü 41-dir. Məşğul olduğu idman növü futboldur. Sevdiyi rəng ağdır.

Zamiq Hüseynov gənclikdə Brilliant Dadaşova və Mark Antoninin repertuarı ilə maraqlanıb. Onun sevimli aktyorları Yaşar Nuri, Nikolas Keycdir.


Tarix: 22.01.2013 / 19:40 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 314 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...