Molla öz eşşəyini bazarda,
						Molla öz eşşəyini bazarda, atır, təzə bir eşşək alıb minir ki, getsin
 evinə. Eşşəyin başı çox bərk, özü də çox inad olduğuna görə, Molla nə
 qədər əlləşirsə onu öz evinə tərəf sürə bilmir. Eşşək birbaş gedir çölə
 tərəf. Molla çox əlləşdikdən sonra görür yox, olmayacaq, yorulub eşşəkdən
 əl çəkir, onu öz keyfinə buraxır. Mollanın çölə tərəf getdiyini
 görən qonşularından biri soruşur:
 – Molla, belə hara gedirsən?
 Molla deyir:
 – Hələlik eşşəyin keyfi istəyən yerə.
Tarix: 02.06.2013 / 17:37 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 109 Bölmə: Azeri Letifeler
loading...