Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Varlılardan biri yaylaqda bir otaq tikdirir.

Varlılardan biri yaylaqda bir otaq tikdirir. Otağa bir neçə qapı, beşaltı
da pəncərə qoydurur. Hazır olduqdan sonra böyük bir qonaqlıq verir.
Mollanı da dəvət edir. Söhbət əsnasında Molladan soruşurlar ki:
269
– Necədi Molla? Otaq xoşuna gəlirmi?
Molla deyir:
– Gəlir. Yaxşı qış otağıdı.
Soruşurlar ki:
– Molla, bəs niyə qış otağı?
Molla deyir:
– Görmürsünüz nə qədər qapı-pəncərə qoydurub?.. Bu, nahaq
yerə deyil ki... Qəsdən belə eləyib ki, isti olsun da...
Soruşurlar ki:
– Niyə, qapı-pəncərəsi çox olan otaq isti olar?
Molla deyir:
– Əlbəttə, isti olar. Bizim otağın bircə qapısı, bircə dənə də pəncərəsi
var. Qışda ki ikisini də möhkəm-möhkəm örtürük, ev olur hamam
kimi. İndi siz bir fikirləşin, görün, bunun bütün qapı-pəncərələrinin
hamısı birdən örtülsə, necə isti olar?


Tarix: 02.06.2013 / 17:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 98 Bölmə: Azeri Letifeler
loading...